Icma.az
close
up
RU
Kartofun qiyməti kəskin dəyişir Tarix açıqlandı

Kartofun qiyməti kəskin dəyişir Tarix açıqlandı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda yeni mövsümün başlamasına baxmayaraq, kartofun qiyməti baha olaraq qalır.

Hazırda bazarlarda kartofun qiyməti 1,7-2 və hətta 3 manat arasında dəyişir. Bu isə ötən illə müqayisədə qiymətlərin ikiqat baha olduğunu göstərir. Yeni kartof isə 3-4 manat civarındadır.

Maraqlıdır ki, xarici ölkələrdə kartof kifayət qədər ucuzdur. Məsələn, Polşada 44-90, Niderlandda 49, Belçikada 32. İspaniyada  79,  Ukraynada isə 93 qəpikdir. Çexiya, Polşa, Estoniyada 1 kq kartofun satış qiyməti isə ortalama 0.80 manatdIr.

Bəs, ölkəmizdə kartof niyə bu qədər bahadır?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib.

Globalinfo.az-ın xəbərinə görə, o, Bizim.Media-ya açıqlamasında bildirib ki, kartofun bu yaz çox baha olması ötən il məhsuldarlığın aşağı olması ilə bağlıdır:

“Ötən il qeyri-sabit hava şəraiti kartofçuluğa ciddi ziyan vurdu. Nəticədə daha az məhsul tədarük edildi. Hazırda da bazardakı ötənilki məhsullardır. Ona görə də qiymət çox bahadır. Doğrudur, bazarda faraş kartofa da rast gəlinir. Bu isə o qədər çox deyil. Son bir ayda yağıntıların çox olması faraş kartofun tədarükünü ləngitdi. Bu da kəskin qiymət artımına səbəb oldu”.

Müsahibimiz onu da qeyd edib ki, daxili ehtiyacın bir hissəsi idxal hesabına ödənilir:

“Aprel ayında da idxalçılar daha az kartof idxal edir. Çünki yerli istehsal bazara daxil olan kimi idxal edilən kartof kəskin ucuzlaşacaq. Bu səbəbdən iş adamları ehtiyatlı davranırlar. Təbii ki, həm idxalın azalması, həm də faraş kartofun ləngiməsi bazarda qıtlıq yaradıb. Bu səbəbdən qiymətlər çox bahadır. Amma bu uzun sürməyəcək. Gələn həftədən bazara daxil olacaq faraş kartof qiymətləri xeyli ucuzlaşdıracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see156

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see154

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see138

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see128

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see126

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see124

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see124

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see123

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see121

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see121

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see119

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see118

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see118

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri