Icma.az
close
up
RU
“Karvan” Premyer Liqaya qayıdır? Təhlil, açıqlama

“Karvan” Premyer Liqaya qayıdır? Təhlil, açıqlama

Icma.az, Apasport saytına istinadən bildirir.

Ötən günlərdə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Yığıncaqda ölkə futbolu ilə bağlı bir sıra vacib qərarlar verildi. 

Bunlardan biri də komanda sayının artımı ilə bağlı oldu. Belə ki, Misli Premyer Liqasında 2025/26-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alındı. 

Reqlamentə əsasən, sonuncu pillənin sahibi elitanı tərk edəcək. Onun yerinə isə 3 klub Premyer Liqaya yüksələcək. 

Həmin iddialılardan biri də “Karvan” klubudur. Hazırda I Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşan komanda Premyer Liqaya əsas namizədlərdən biridir.

Yevlax təmsilçisinin əsası 2004-cü ildə qoyulub. Matçları Yevlax şəhər stadionunda keçirən komanda 2010-cu ilin yayına qədər elitada çıxış edib. 

“Ağ-qaralar”ın Azərbaycan çempionatlarındakı çıxışları uğurlu alınıb. Komanda 2004/05-ci illər mövsümündə bürünc medalçı olub. Növbəti mövsüm daha inamlı mübarizə aparan “Karvan” çempionluq yarışında “Bakı”ya uduzub. Özü də 1 xalla. Həmin sezon həm də ölkə kubokunun finalına yüksələn yevlaxlılar həlledici matçda “Qarabağ”la bacarmayıb – 1:2.

“Karvan” bu müddətdə avrokuboklarda da iştirak edib. “Ağ-qaralar” ilk dəfə 2005/06 mövsümündə İntertoto kubokunda yarışıb. I mərhələdə Polşanın “Lex” klubu ilə qarşılaşan təmsilçimiz iki oyunun nəticəsinə görə 1:4 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.

Növbəti mövsüm UEFA kubokuna vəsiqə qazanan “Karvan”ın iştirakı daha uğurlu alınıb. Komanda I təsnifat mərhələsində Slovakiya “Spartak”ını mübarizədən kənarlaşdırmağı bacarıb. Hər iki görüşdə 1:0 hesablı qələbəyə sevinən yevlaxlılar II təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz burda Çexiya “Slaviya”sına uduzub – 0:2.

2009/10 mövsümündə uğursuz çıxışı ilə sonuncu pilləni tutan komanda aşağı liqaya enib. Növbəti 2 sezon Birinci divizionda yarışan “Karvan” 2012/13 mövsümündə heç bir turnirdə iştirak etməyib. Növbəti il yenidən Birinci diviziona dönən komanda mövsümün sonunda çıxışını dayandırıb.

“Karvan” 7 illik fasilədən sonra 2021-ci ildə fəaliyyətini bərpa edib. Öncə Region Liqasında mübarizə aparan komanda son 2 mövsümdür ki, I Liqada çıxış edir.

Yevlax təmsilçisi qısa müddətdə qazandığı uğurları və özünəxas ilkləri ilə yadda qalıb. “Karvan” UEFA kubokunda mərhələ keçən ilk Azərbaycan klubu olub. Həmçinin “ağ-qaralar” Azərbaycanda rəsmi internet səhifəsində çempionat matçını canlı yayımlayan ilk klub kimi tarixə düşüb. Bundan başqa, komandaya cəlb olunan yeni transferlərlə imza mərasimləri, klub broşürləri, oyun bukletləri kimi ilklər də məhz “Karvan”a məxsusdur.

Yevlax təmsilçisi 10 illik fəaliyyəti dövründə həm uğurlu çıxış edib, həm də bir çox yeniliyə imza atıb. 

Hazırda “Karvan” köhnə əzəmətini qaytarmaq üçün I Liqada inamlı mübarizə aparır. Komanda yalnız “Qəbələ”dən geri qalaraq, ikinci pillədə qərarlaşıb. Klubun baş məşqçisi isə komandanın uğurları üçün futbolçu kimi də çalışmış Kənan Kərimovdur. Yevlaxdan olan mütəxəssis komanda ilə birlikdə Premyer Liqaya yüksələ biləcəklərinə inanır. O, bu barədə saytımıza açıqlama da verib: 

“AFFA-nın verdiyi qərar çox müsbətdir. Bizim üçün də sevindirici oldu. Komanda sayının artırılması ölkə çempionatında mübarizənin və keyfiyyətin artması deməkdir. Çalışmalıyıq ki, hazırda qərarlaşdığımız mövqeyi – ikinci pilləni qoruyub saxlayaq. Mövsümün sonuna qədər yerimizi saxlaya bilsək, inanıram ki, Premyer Liqaya vəsiqə qazana bilərik. Həm infrastruktur, həm heyət, həm azarkeş dəstəyi, həm də digər faktorlarda klubumuz lisenziya şərtlərinə cavab verir. Yalnız ot örtüyü məsələsində bir az problemlər var. Onun da qısa zamanda həllini tapacağını düşünürəm”.

Mütəxəssisin bildirdiyi kimi, hazırda “Karvan” üçün ən ciddi problem ot örtüyü məsələsidir. Klubun akademiyası və infrastrukturu yerindədir. Təbii ki, müəyyən yenilənmələrə gedilməlidir. Stadionun tribunalarının yenilənməsi məsələsi də gələcəkdə gündəmə gələ bilər. Müəyyən klublardan fərqli olaraq, yevlaxlıların azarkeş problemi də yoxdur. “Karvan”ın I Liqada matça çıxacağı həftə oyun posterləri şəhərin hər tərəfindən asılır. Premyer Liqa oyunlarına isə mütləq ki, böyük fanat kütləsi gələcək.

İndi isə “Karvan” üçün ən önəmli məsələ mövsümün sonuna qədər ən azından mövqeyini qorumaqdır. Yevlax təmsilçisi yaya qədər 2-ci pillədə qərarlaşarsa, böyük ehtimalla Premyer Liqaya qayıdacaq. Həm də Yevlaxa böyük futbol dönəcək. Hər nə qədər hadisələri qabaqlamış olsaq da, hər bir halda “Karvan”a Premyer Liqaya “xoş gəldin” deyə bilərik...

İsmayıl Xeyrullayev

Azərbaycan Kubokunda 1/4 həyəcanı: “Neftçi” Tovuz səfərində - YENİLƏNİR “Napoli” İsveçrəli futbolçunu transfer edib - Rəsmi Kadi “Qarabağ”da - RƏSMİ Könül Mehdiyeva UEFA-dan təyinat alıb AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri