Icma.az
close
up
RU
“Karvan Yevlax”dakı qarışıqlıq araşdırılmalıdır

“Karvan Yevlax”dakı qarışıqlıq araşdırılmalıdır

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Premyer Liqada uğursuz nəticələrlə diqqət çəkən “Karvan-Yevlax”da klubdaxili vəziyyət də qarışıb.

XII turda “Kəpəz”‘ə məğlubiyyətdən (1:2) sonra baş məşqçi Azər Həşimovla vidalaşmaq istəyən klub mütəxəssislə razılığa gələ bilmir. Səbəb bəllidir – “təzminatımı ver, gedim”.

Digər tərəf isə pulundan keçmək istəmir. Komandanın “sükanı arxasına” qeyri-formal Füzuli Məmmədov gətirilib. O, artıq məşqlərə də başlayıb. Lakin nə gəliş açıqlanır, nə gediş.

Klubda xaotik vəziyyət hökm sürür. Belə vəziyyətdə olan kluba böyük məbləğdə dotasiyanı etibar etmək olarmı?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov liqada komanda sayının artırılması mövzusundan danışanda hər zaman vurğuladığı bir məqam var idi, “əsas kəmiyyət deyil, keyfiyyətdir”. “Karvan-Yevlax” misala bariz nümunədir.

Mövsümün əvvəlində saysız-hesabsız legioneri heyətə qatan komanda nəticə verə bilmir. Dövlətdən alınan 2.5 milyonluq dotasiya hesabına adı internet axtarış sistemlərində çətin tapılan əcnəbiləri gətirən klubda peşəkar yanaşma yoxdur.

Son günlərdə mətbuatda Azər Həşimov-təzminat məsələləri gündəm olsa da, klubdan rəsmi açıqlama verən tapılmır.

Vitse-prezident Kənan Kərimov rəhbərliyin qərarlarının kənarında qalıb. Kərimovdan nə məsləhət alan var, nə fikir soruşan. Kluba bu ilin oktyabrında prezident təyin edilən Yelnur Əzizovun kimliyi barədə də məlumat yoxdur.

Müəmmalarla dolu “Karvan-Yevlax” klubdan daha çox qapalı qutuya bənzəyir. Suallar çox, cavab verən yox. AFFA tərəfindən bir çox güzəştlər edilib – əvəzedici komanda yoxdur, hansı yaş qrupları var, məlum deyil. Olmayanlar barədə nə işlər görülür? O da bəlli deyil.

Təxminən, sentyabrda mətbuatda futbolçuların maaş almaması və məşqə çıxmaqdan imtinası haqda xəbərlər çıxanda, klubdan dərhal reaksiya çıxmış, hətta məlmatı yayan orqanın məhkəməyə veriləcəyi bildirilmişdi. Bəs indi nə üçün bir müddətdir yaranan xaotik vəziyyəti aydınlaşdıran, reaksiya yoxdur?

Dövlət dotasiyası bu cür qeyri-peşəkar idarə olunan klublara verilməməlidir. “Karvan-Yevlax” kimi “nümunələr” diqqətdə saxlanmalı, lazım gələrsə təftiş olunmalıdır. Klub sayının artırılması xoş təsir edən məsələdir, lakin bu cür debütantlar faydadan çox zərər verir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see314

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see232

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri