Karyera sərgisi keyfiyyətli insan kapitalı formalaşdırmağa töhfə verir Məcnun Məmmədov
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilmiş karyera sərgisi milli iqtisadiyyatın inkişafı üçün keyfiyyətli insan kapitalının formalaşmasına töhfə verir. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, karyera sərgisi gənclərin iqtisadiyyatın real sektorları ilə tanışlığı, işəgötürənlərlə birbaşa ünsiyyəti və gələcək karyera istiqamətləri ilə bağlı doğru qərarlar verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bu kimi tədbirlər, tələbələrin əmək bazarının tələblərini daha dərindən öyrənmələri, öz bilik və bacarıqlarını potensial işəgötürənlərə təqdim etmələrinə, eləcə də peşəkar inkişaf perspektivlərini müəyyənləşdirmələrinə geniş imkanlar yaradır”.
Onun sözlərinə görə, bu cür tədbirlər universitetlərlə əmək bazarı subyektləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, təhsil proqramlarının real tələblərə uyğunlaşdırılmasına və gənc kadrların məşğulluq imkanlarının artırılmasına xidmət edir.
Baxış sayı:64
Bu xəbər 05 İyun 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















