Icma.az
close
up
RU
“Kaş, atanı eşidib adını Bahar qoyardım”

“Kaş, atanı eşidib adını Bahar qoyardım”

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

“Kaş, atanı eşidib adını Bahar qoyardım”

Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib.

OLAY yazır ki, müğənni övladının ad günü münasibətilə bu sözləri yazıb:

“1991-ci il, martın 20-dən 21-nə keçən gecə, saat 01:30 idi.

Hava soyuq olsa da, içimdə qəribə bir istilik vardı. Hər saniyə, hər dəqiqə bir möcüzənin baş verməsini gözləyirdim.

Analar deyirlər ki, övlad dünyaya gəlməzdən əvvəl onu hiss edirsən – qəlbində, ruhunda, hətta nəfəsində. Mən də hiss edirdim… Çünki qaranlıq bir gecədə doğulacaq Günəşim, bütün ömrümə işıq saçan Ayım idi. Onun yolunu səbirsizliklə gözləyirdim.

Və nəhayət, gözlədiyim o an gəldi. Ondan başqa gözüm heç kimi görmür, heç nəyi eşitmirdi. Qızım dünyaya gəldi. O an elə bil kainatın sirli bir qapısı açıldı, həyatın mənası birdən-birə aydın oldu. Sanki ruhum uzun bir yolçuluqdan sonra öz yuvasına dönmüşdü.

O anda mən artıq təkcə Aybəniz deyildim. Mən Ana idim.

Bu, sadəcə bir doğum deyildi. Bu, mənim yenidən doğuluşum idi. Həyatım boyu çox duyğular yaşamışdım, amma bu hiss – bu sevgi, bu bağlılıq, bu qoruma instinkti – heç nə ilə müqayisə oluna bilməzdi. Sanki illərdir tapmağa çalışdığım bir sirrin açarı o körpə əllərin içində idi.

O gecədən sonra hər şey dəyişdi. Gündoğumu daha parlaq oldu, küləklər daha mülayim əsdi. Qızımın ilk ağlaması musiqi kimi səsləndi qulaqlarımda. Hər şey daha mənalı idi artıq. O, mənim ruhumun tamamlanmış hissəsi idi.

Ömrüm boyu çox yerlərə getmiş, çox insanlarla rastlaşmışdım. Amma həyatın gerçəkliyini, dərinliyini və saf gözəlliyini ilk dəfə o gecə anladım. Çünki o gecə yalnız bir körpə doğulmamışdı – o gecə mənim içimdə yeni bir həyat, yeni bir sevgi, yeni bir mən doğulmuşdu…

Körpə canı ilə məni elə alıb aparmışdı ki, sanki artıq mən yox, yalnız o var idi… Bütün həkimlər, tibb bacıları, hər kəs onun dünyaya gəlişini həsrətlə gözləyirdi, məni və balamı qoruyurdu. Sanki hamı öz balasını, bir əmanəti gözləyirdi…

Dünyaya göz açdı atasının Bahar qızı. Atan bu adı sənə vermişdi. Çünki onun da qəlbi bahar kimi çiçək açar, hər kəsə sevgi və sevinc bəxş edərdi – sənin kimi… Nə yaxşı ki, o zaman Allah mənim yox, atanın dualarını qəbul etdi və səni bizə bəxş etdi. Sən demə, ataların dualarını Allah daha tez eşidirmiş, yavrum… Bir şeyə çox peşmanam… Kaş ki, atanı eşidib adını da Bahar qoyaydım… Onda ayın yerdəki nişanəsi yox… Xalidin Baharı olardın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://olay.az
archiveBu xəbər 21 Mart 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri