Kataliz və Qeyri üzvi Kimya İnstitutunun əməkdaşının yeni kitabı nəşr olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 1 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Pərizad Fətullayevanın “Hidrazin törəmələrinin kimyası və bioloji aktivliyi” monoqrafiyası Moskvada rus dilində nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya elmin, texnikanın və təbabətin bir çox sahələrində geniş istifadə olunan müxtəlif növ üzvi birləşmələrin tərkibinə daxil olan, tərkibində hidrazin fraqmenti olan birləşmələrə həsr edilib. İşin məqsədi müəllifin nəşrləri də daxil olmaqla son onillikdə çapdan çıxan müxtəlif hidrazid/hidrazon törəmələri üzrə ədəbiyyat materiallarını nəzərdən keçirməkdir. Monoqrafiyada əvvəllər məlum olmayan reduksiya edilmiş hidrazon liqandları və onların metallarla kompleksləri, xassələri və bioloji aktivliyi haqqında məlumat verilir. Hidrazin törəmələrinin funksional imkanları bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini vurğulayır ki, bu da son nəticədə yeni effektiv dərman preparatlarının meydana çıxmasına gətirib çıxara bilər.
Kitab bu sahədə çalışan alimlər, tədqiqatçılar, aspirantlar və tələbələr üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















