Kats: Livanda atəşkəs yoxdur, əməliyyat davam edir
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, Beyrutun Dahiya rayonuna zərbələrin dayandırılması barədə əvvəllər əldə olunmuş razılığa baxmayaraq, İsrail ordusu Livan ərazisində fəaliyyətini davam etdirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.
Kats xəbərdarlıq edib ki, İsrailin yaşayış məntəqələrinin atəşə tutulması davam edəcəyi təqdirdə, Beyrutun şəhərətrafı qəsəbəsi təxliyə edilə və güclü zərbələrə məruz qala bilər. Bununla yanaşı, o vurğulayıb ki, Livan ərazisində heç bir atəşkəs yoxdur.
"SAXAL-ın (İsrail Müdafiə Ordusu) Livan daxilindəki fəaliyyəti hər bir halda davam edəcək", — deyə Kats bildirib.
Nazirin sözlərinə görə, İsrail Müdafiə Ordusu Litani çayından cənubdakı ərazilərin "Hizbullah"ın infrastrukturundan və döyüşçülərindən "təmizlənməsinə" yönəlmiş əməliyyatları davam etdirir. Kats həmçinin qeyd edib ki, Livanın cənubunda İsrailin nəzarəti altında olan zona təxminən 600 kvadratkilometr təşkil edir.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 İyun 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















