Katya Aveyru: DÇ 2026 Ronaldunun milli komandada son turniri olacaq
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Əfsanəvi portuqaliyalı hücumçu Kriştianu Ronaldunun bacısı Katya Aveyru qardaşının dünya çempionatından (DÇ-2026) sonra milli komandadakı karyerasını başa vuracağı ilə bağlı səs-küylü bəyanat verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
"Bildiyim qədəri ilə, artıq vidalaşmaqdan danışmaq olar. Düşünürəm ki, bu, həqiqətən də sonuncu turnirdir. Söhbət milli komandadan gedir. Etibarlı mənbədən əldə etdiyim məlumata görə, bu dünya çempionatı onun "son rəqsi" olacaq", - deyə Aveyru bildirib.
Xorvatiya ilə matçdan öncə bacısının bu fikirlərinə münasibət bildirən Portuqaliya yığmasının kapitanı hələlik yekun qərar qəbul etmədiyini vurğulayıb.
Jurnalist Fabritsio Romanonun "X" sosial şəbəkəsində ulduz futbolçuya istinadən yazdığına görə, Ronaldo deyib:
"Mən tələsik qərarlar vermirəm. Qərarımı indi deyil, turnir başa çatdıqdan sonra verəcəyəm".
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın 1/16 final mərhələsində Xorvatiya üzərində 2:1 hesablı qələbə qazanıb. Dünya çempionatının 1/8 finalında portuqaliyalılar 1/16 final mərhələsində Avstriyanı 3:0 hesabı ilə məğlub edən İspaniya yığması ilə qarşılaşacaqlar. Həmin görüş iyulun 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 03 İyul 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















