Kaxa Kaladze: Əsas vəzifəmiz ABŞ la münasibətləri yeni səhifədən başlamaq, tərəfdaşlığı dərinləşdirməkdir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Tbikisi, 21 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyası “dünyanın həqiqəti anlaması” üçün istifadə edilməli olunan mühüm platformadır. Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ABŞ-da BMT Baş Assambleyasında iştirakı, onun komandasının ABŞ ilə münasibətlərə yeni səhifədən başlaması üçün mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisinin meri Kaxa Kaladze Prezident M.Kavelaşvilinin ABŞ-a səfərini şərh edərkən söyləyib.
"Bu gün bütün dünyanın həqiqəti anlaması üçün ondan istifadə edilməli olan daha bir mühüm platforma var. Bəzi konqresmenlərdən eşitdiyimiz mesajlar yalanla doludur. Bunların hamısı Gürcüstanın əleyhinədir. Bizim əsas vəzifəmiz ən azı ABŞ-la münasibətləri yeni səhifədən başlamaq, dostluq münasibətlərini, tərəfdaşlığı və s. dərinləşdirməkdir", - deyə Kaladze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















