Kayode üçün nəhənglər sıraya düzüldü
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Brentford”un müdafiəçisi Mikael Kayode yay transfer pəncərəsi öncəsi böyük maraq görür.
İdman.Biz xəbər verir ki, TEAMtalk-un məlumatına görə, futbolçu uğrunda mübarizəyə “Mançester Yunayted” və “Nyukasl” da qoşulub. Daha əvvəl “Mançester Siti”nin də oyunçu ilə maraqlandığı bildirilirdi.
Klub Kayodeni 57,5 milyon avro (115 milyon AZN) dəyərində qiymətləndirir. Son həftələrdə marağın daha da artdığı, sağ cinah müdafiəçisi mövqeyi üçün aktiv izləmələrin aparıldığı vurğulanır. Həmçinin “Real Madrid”, PSJ və “Bavariya” nümayəndələrinin də italiyalı futbolçunu izlədiyi qeyd olunur.
“Brentford” oyunçunun potensialının fərqindədir. “Arılar” onu “Fiorentina”dan 17 milyon avroya (34 milyon AZN) transfer edib. Klub rəhbərliyi satış üçün təzyiq hiss etmədiklərini və yalnız çox böyük təklif olacağı halda danışıqlara açıq ola biləcəklərini bildirir.
Transfermarkt portalına əsasən isə Kayodenin bazar dəyəri 27 milyon avro (54 milyon AZN) göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Fevral 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















