Icma.az
close
up
RU
Kazino oyunlarının təşkili və keçirilməsi yalnız süni torpaq sahələrində olmaqla nəzərdə tutulur

Kazino oyunlarının təşkili və keçirilməsi yalnız süni torpaq sahələrində olmaqla nəzərdə tutulur

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib.

Oxu.Az xəbər verir ki, layihəyə əsasən, Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Məlumdur ki, Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" Sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu. Sirr deyil ki, keçid dövründə effektiv nəzarət mexanizmlərinin olmaması və dünya təcrübəsinin öyrənilməməsi həm bu fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, həm də qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı. Lakin dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir. Aydındır ki, normal tənzimləmə olduğu halda kazinolar ölkəyə turist cəlb edir, yeni iş yerləri yaradır və verdiyi vergilərlə dövlət büdcəsinin gəlirinin artırılmasına şərait yarada bilir.

Məsələn Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı və etiraf edək ki, soydaşlarımızın məhz bu məqsədlə çox üz tutduğu qonşu Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib.

Təbii ki, bu sahənin leqallaşdırılması və tənzimlənməsi sadə məsələ deyil və bir çox amillərin nəzərə alınmasını zərurətə çevirir. Bu mənada, nəzərə almalıyıq ki, kazinolar ölkənin bütün ərazisini yox, yalnız süni torpaq sahələrini əhatələyəcək və kifayət qədər sərt tələblər əsasında lisenziya ala və çoxsaylı amillər, o cümlədən sosial-mənəvi aspektlər gözlənilməklə ciddi nəzarət altında fəaliyyət göstərə biləcək.

Digər tərəfdən, etiraf etməliyik ki, hazırkı dövrdə bu sahədə fəaliyyətə qadağa tam mənada effektiv ola bilməz. Çünki ötən dövrün təcrübəsi də göstərir ki, zaman-zaman Azərbaycanda gizli kazinolar yaradılıb və dəfələrlə hüquq-mühafizə orqanları bu cür fəaliyyətləri aşkar edib. Eyni zamanda, bir qayda olaraq fırıldaqçılıqla məşğul olan onlayn-kazinoların fəaliyyəti kifayət qədər geniş vüsət alıb. Bu mənada, ölkədə cari qanun layihəsinin timsalında kazino fəaliyyətinin hüquqi bazası formalaşarsa, qeyri-leqal oyun biznesi və fırıldaqçılığa da ciddi zərbə olar, bu istiqamətdə vergidən yayındırılan vəsaiti dövlət büdcəsinə yönəldər, xaricə pul axınının və eyni zamanda çirkli pulların yuyulmasının qarşısının alınmasında önəmli rol oynayar.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyun 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see139

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri