Icma.az
close
up
RU
Kazino oyunlarının təşkili və keçirilməsi üçün hüquqi əsas yaradılır

Kazino oyunlarının təşkili və keçirilməsi üçün hüquqi əsas yaradılır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi üçün hüquqi əsas yaradılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən  iclasında müzakirə olunan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında kazino oyunları bu qanunun tələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə biləcək.

Bu qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaq sahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür. "Lotereyalar haqqında" Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar və "Bədən tərbiyəsi və idman haqqında" Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmayacaq.

Kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsi ilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilməyəcək.

Kazino oyunları "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunda nəzərdə tutulan nəzarət orqanının (rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən lisenziyanı əldə edən hüquqi şəxs (kazino oyunlarının təşkilatçısı) tərəfindən təşkil ediləcək. Kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə veriləcək.

Kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Kazino oyunlarının təşkilatçısı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunda nəzərdə tutulan nəzarət orqanının (rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçün mülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu) cəlb edə biləcək.

Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Kazino oyunlarının təşkilatçısı və operatoru "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunların, bu qanunla müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenzivanın davandırılması və va ləğvi ücün əsas olacaq.

21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Yuxarıdakı müddəalar süni torpaq sahələrində "Lotereyalar haqqında" Qanunla müəyyən edilmiş qaydada lotereyaların və "Bədən tərbiyəsi və idman haqqında" Qanunla müəyyən edilmiş qaydada idman mərc oyunlarının keçirilməsini istisna etməyəcək.

Həmçinin, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin ediləcək. Süni torpaq sahələrində normativ hüquqi aktlarla qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər.

"Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliklər

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340 min manat) təşkil edəcək. Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklər

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:

qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla);

"Lisenziyalar və icazələr haqqında" Qanuna təklif edilən dəyişikliklər

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növü hesab ediləcək.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna təklif edilən dəyişikliklər

Kazino oyunlarının təşkilatçıları və operatorları qeyri-maliyyə institutları və peşə sahibləri hesab ediləcək.

Kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4-8-ci maddələrinin tələbləri müştəri tərəfindən 3 min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.

Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir. Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilməyəcək.

"Reklam haqqında" Qanuna təklif edilən dəyişikliklər

Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamının sifarişçisi qismində "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanunda nəzərdə tutulmuş hüquqi şəxs çıxış edəcək.

İdman mərc oyununda, lisenziya əsasında təşkil edilən kazino oyununda və ya lotereyada uduş qazanmış şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.

Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamında aşağıdakılar qadağan ediləcək

yetkinlik yaşına çatmayanlara müraciət olunması;
bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə biləcək. Lisenziya əsasında təşkil edilən kazino oyunlarının açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdiriləcək.

Bu maddədə nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Qanunlarla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilməyəcək.

Mülki Məcəlləyə təklif edilən dəyişikliklər

Kazino oyunlarının təşkili üçün lisenziyanın qanunla nəzərdə tutulmuş hallarda dayandırılması və ya ləğvi lisenziya əsasında təşkil edilən kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair hüququnu istisna etməyəcək. Lisenziya əsasında təşkil edilən kazino oyunlarında iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz. Lotereyalar, idman mərc və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla oyun və mərc üzrə heç bir tələb əmələ gəlməyəcək.

Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər

Qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı hər iki məcəllənin müddəaları "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunlarına şamil edilməyəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri