Kəbənin örtüyü 3 metr yuxarı qaldırılıb
Icma.az bildirir, Milli.az portalına istinadən.
Səudiyyə Ərəbistanında həcc mövsümünə hazırlıq çərçivəsində Kəbənin örtüyünün alt hissəsini 3 metr yuxarı qaldırılıb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, ölkənin müvafiq qurumları bu barədə məlumat yayıblar.
Açıqlamada qeyd olunub ki, işlər örtüyün aşağı hissələrinin sökülməsi, künc hissələrinin ayrılması və daha sonra 3 metr hündürlüyə qaldırılaraq sabitlənməsini əhatə edib.
Təxminən iki saat davam edən prosesin 34 mütəxəssis tərəfindən diqqətlə həyata keçirildiyi vurğulanıb.
Həmçinin bildirilib ki, bu addım hər il, xüsusilə həcc dövründə intensivləşən təvaf zamanı örtüyün zədələnməsinin və ona toxunulmasının qarşısını almaq məqsədilə həyata keçirilir.
Açıqlamada əlavə olunub ki, qaldırılan hissə bütün istiqamətlərdən təxminən 2 metr enində ağ pambıq parça ilə örtülüb və bu da zəvvarların ibadətlərini daha rahat yerinə yetirmələri üçün görülən illik tədbirlərdən biridir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 18 Aprel 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















