Icma.az
close
up
RU
Kəbənin örtüyü Azərbaycana gətirilib FOTO

Kəbənin örtüyü Azərbaycana gətirilib FOTO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İçərişəhərdə yerləşən "Tolerantlıq Evi" Azərbaycanın tolerantlıq tarixini əks etdirən maraqlı nümunələrlə zəngindir.
“Tolerantlıq Evi”ndə 3 ənənəvi dinin – İslam, xristian və yəhidi dininin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar nümayiş etdirilir.
 

Modern.az-ın məlumatına görə, “Tolerantlıq Evi”ndə nümayiş etdirlən maraqlı nümunələrdən biri vaxtilə müqəddəs Kəbənin üzərinə salınmış örtükdür. Kəbənin üzərindən çıxarılmış həmin örtük Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə hədiyyə olunub. Şeyx isə örtüyü "Tolerantlıq Evi”nə bağışlayıb.
Kəbə evinin üzərindəki ipək örtük kisvə adlanır. İpək parçadan hazırlanan örtüyün üzərinə qızıl və gümüş saplarla Qurani-Kərimdən ayələr yazılır, naxışlar vurulur.

İslamın ilk dövrlərindən etibarən hər il həyata keçirilən Həcc mövsümündə - Qurban bayramı ərəfəsində Kəbənin üzərinə təzə kisvə örtülür. Kişvə Səudiyyə Ərəbistanında xüsusi fabrikdə hazırlanır.
Kisvənin ümumi ağırlığı 600 kiloqrama yaxındır, onun hazırlanmasında 120 kq qızıl və100 kq gümüş sapdan istifadə edilir. Bu örtük 200 nəfərin çalışdığı xüsusi fabrikdə 8 ay ərzində toxunub başa çatdırılır.
Hər il Həcc mövsümü ərəfəsində köhnə kisvəni kiçik hissələrə bölüb, onları İslam aləmi üçün mühüm xidmətlər göstərən nüfuzlu və hörmətli şəxslərə hədiyyə edirlər.
Qeyd edtdiyimiz kimi, Kəbənin üzərindən çıxarılmış örtüyün hissələrindən biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə hədiyyə olunub. QMİ-dən hədiyyənin Şeyxülislam Allahşükür Paşazadəyə illər əvvəl verildiyi bildirilib.
İçərişəhərdəki "Tolerantlıq Evi" bu il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günündə açılıb.

A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:323
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri