Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Keçid ballarına aldanmayın Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ

Keçid ballarına aldanmayın Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Artıq qəbul imtahanları yekunlaşıb. Nəticələr açıqlandıqdan sonra apellyasiya mərhələsi keçiriləcək və həmin proses başa çatdıqdan sonra ixtisas seçiminə start veriləcək. Hesab edirəm ki, apellyasiya mərhələsini də nəzərə alsaq, ixtisas seçimi təxminən avqust ayının ortalarına təsadüf edəcək".

Bu barədə Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirdi.

O qeyd etdi ki, ixtisas seçimi zamanı abituriyentlər son dərəcə diqqətli olmalıdırlar:

"Xüsusilə Dövlət İmtahan Mərkəzinin açıqladığı statistika ciddi şəkildə təhlil edilməlidir. Bununla yanaşı, plan yerlərinə də diqqət yetirmək vacibdir. Hər bir ixtisas üzrə plan yerlərinin artıb-artmadığını və ya azalıb-azalmadığını müəyyənləşdirmək lazımdır. Dövlət sifarişli yerlərə müraciət etmək istəyənlər isə məhz həmin ixtisasları ayrıca analiz etməlidirlər. Ümumiyyətlə, kor-koranə şəkildə, yalnız ötən ilin keçid ballarına əsaslanaraq ixtisas seçimi etmək qətiyyən doğru deyil. Çünki keçid balları hər il dəyişə bilər. Məsələn, ötən il hər hansı ixtisas üzrə keçid balı 400 olubsa, bu il 450-yə yüksələ bilər. Bu halda 430 bal toplayan abituriyent ötən ilin göstəricisinə güvənərək həmin ixtisası seçərsə, qəbul ola bilməz. Bu, əvvəlki illərin qəbul təcrübəsində dəfələrlə müşahidə olunub. Hətta yüksək bal toplayan abituriyentlər belə, düzgün ixtisas seçimi etmədikləri üçün ali təhsil müəssisələrinə qəbul ola bilməyiblər".

Müsahibimizin sözlərinə görə, əgər abituriyent və ya valideyn statistik məlumatları təhlil etmək və düzgün seçim aparmaq bacarığına malikdirsə ixtisas seçimini özü edə bilər:

"Hətta ən arzuolunan variant da məhz budur. Lakin bu sahədə çətinlik çəkirlərsə, statistik göstəriciləri düzgün analiz edə bilmirlərsə, mütəxəssis dəstəyindən istifadə etmələri faydalı olar. Çünki hər bir ixtisas yalnız ətraflı təhlildən sonra seçilməlidir. Kor-koranə edilən seçim illərlə çəkilən zəhmətin hədər getməsinə səbəb ola bilər. Burada bir vacib məqama da diqqət çəkmək istəyirəm. Son dövrlər sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında özünü ixtisas seçimi üzrə mütəxəssis kimi təqdim edən şəxslərin sayı artıb. Təəssüf ki, bununla bağlı dələduzluq halları da müşahidə olunur. Mənə bir neçə valideyn müraciət edib və bildiriblər ki, sosial şəbəkələrdə aparılan canlı yayımlarda ixtisas seçimi xidməti adı ilə onlardan müəyyən məbləğ alınıb, lakin ödənişdən sonra həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb. Bu səbəbdən valideynlər və abituriyentlər diqqətli olmalıdırlar. Tanınmış, fəaliyyəti və ünvanı bəlli olan, uzun illər bu sahədə çalışan mütəxəssislərə müraciət etmək daha məqsədəuyğundur. Sosial şəbəkələrdə tanımadıqları şəxslərə etibar edib ödəniş etmələri düzgün deyil. Çünki bu gün bir nömrə və ya hesabla fəaliyyət göstərib insanlardan pul toplayan, sonra isə bütün əlaqəni kəsən şəxslər var. Hətta belə halların bir qisminin xaricdən təşkil olunduğu da bildirilir. Buna görə də hər kəs bu məsələdə ehtiyatlı olmalı və dələduzların qurbanına çevrilməməlidir".

Həmsöhbətimizin fikrincə, Dövlət İmtahan Mərkəzi statistikanı açıqladıqdan sonra artıq hər bir ixtisas üzrə keçid ballarının artıb-artmayacağı və ümumi vəziyyət barədə daha dəqiq proqnoz vermək mümkün olacaq:

"Hazırkı mərhələdə konkret proqnoz vermək çətindir. Lakin statistika elan edildikdən sonra ixtisas qrupları üzrə daha real və əsaslandırılmış qiymətləndirmələr aparmaq mümkün olacaq".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 İyul 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri