Keçmiş arvadına 11 bıçaq zərbəsi vuran şəxsə 11,3 il HƏBS CƏZASI
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməyə cəhddə təqsirləndirilən Rüstəm Yusifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 01 noyabr 2024-cü il tarixdə, saat 8 radələrində Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, Rüstəm Yusifov keçmiş arvadı, zərərçəkmiş Sara Məmmədova (soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə qadına ümumilikdə 11 zərbə endirərək bədən xəsarətləri yetirib. Hadisə yerinə onların övladları gəlib və ətrafda olan şəxslər Rüstəmi ayırıb. Xəstəxanaya çatdıran Saranın həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra Rüstəm Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Baxış sayı:46
Bu xəbər 29 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















