Icma.az
close
up
RU
KEÇMİŞ BAŞÇININ 2 MİLYONU YOXA ÇIXIB Pulu oğlu xərcləyib, indi atasının qorxusundan məni şərləyir

KEÇMİŞ BAŞÇININ 2 MİLYONU YOXA ÇIXIB Pulu oğlu xərcləyib, indi atasının qorxusundan məni şərləyir

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zərdab və Mingəçevirdə ümumilikdə 14 il icra başçısı olmuş Lütvəli Babayevin ailəsi bu gün 2 milyon manatlıq dələduzluq qalmaqalının mərkəzindədir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sabiq icra başçısı özü də şahid qismində ifadə verib.

İttihama görə, onun oğlu Babəli Babazadə xaricdə olarkən əmlakını etibar etdiyi şəxslər tərəfindən aldadılıb. İş üzrə əsas təqsirləndirilən şəxs "Uniklinika"nın baş həkimi Aruz Əliyevdir. O, Ehtiram Kərimov adlı digər tanışı ilə birlikdə Babazadənin 2 milyon manatlıq əmlakını sataraq pulunu mənimsəməkdə ittiham olunur.

İddialara əsasən, həmin dövrdə B.Babazadənin 1 milyona yaxın vergi borcu olduğu üçün o, ölkədən çıxaraq Türkiyəyə gedib. Bu müddətdə isə özünün cərrah dostu A.Əliyevə notarial qaydada etibarnamə verib. Prokurorluq bildirir ki, A.Əliyev və E.Kərimov bu etibarnamədən istifadə edərək əmlakları satıb, vəsaiti mənimsəyiblər.

Lakin təqsirləndirilən şəxslər ittihamları qəti şəkildə rədd edir. A.Əliyevin sözlərinə görə, əmlaklar Babazadənin öz istəyi ilə satılıb və pul da şəxsən ona çatdırılıb: "Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır, məni şərləyir", – deyə sabiq baş həkim bildirib.

Məhkəmədə ifadə verən keçmiş icra başçısı Lütvəli Babayev bildirib ki, oğlunun etibarından sui-istifadə olunub: "Aruz oğlumun həkimi olub, münasibətləri də oradan yaranmışdı. Onun etibarından istifadə etdi. Ona görə də biz bu gün buradayıq. Onu xəstəxanaya işə də o düzəltmişdi. Onda da ərimiş tort aparmışdı".

Babayev daha sonra məhkəməyə gizli şəkildə səsyazma təqdim etdiyini etiraf edib. O bildirib ki, bu səsyazmanı şəxsi təşəbbüsü ilə qeydə alıb və hüquq-mühafizə orqanlarına təqdim edib.

Lütvəli Babayev ifadəsində emosional çıxış da edib. Təqsirləndirilən şəxslərlə düşmənçilik etmədiyini, lakin əmlakların geri qaytarılmasını istədiyini vurğulayıb: “Mən inanıram ki, din dövlətdən ayrıdır. Dövlətin dini onun ədalətidir. Ədalətin özü isə Qurani-Kərimdir. Mən inanıram ki, Qurani Kərimə xatir, siz ədalətli qərar çıxaracaqsınız".

O, həmçinin ziyanın ödənilməsi üçün qarşı tərəfin qohumları ilə bir neçə dəfə görüşdüklərini, lakin heç bir nəticə əldə olunmadığını deyib.

Təqsirləndirilən şəxslərdən biri olan Ehtiram Kərimov isə deyib ki, onlar iki ildir sübut olmadan qondarma ittihamla girov saxlanılır: "Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Qondarma ittihamla bizi iki ildir girov saxlayırlar".

Vəkil İlqar Rüstəmov isə sabiq icra başçısının məhkəmə davranışına etiraz edib. O qeyd edib ki, Babayev zərərçəkən statusu olmadığı halda, faktiki olaraq zərərçəkən kimi çıxış edir, halbuki, şahid yalnız bildiklərini danışmalıdır.

Qeyd edək ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı vəzifəsində çalışıb. Oğlu Babəli Babazadə Azərbaycanda "BLB" MMC-nin rəhbəri olub. 2021-ci ildən Moskvada "Liqa-Stroy" MMC-ni təsis edib. Ailəyə məxsus daha bir şirkət "TOP POINT" MMC 2014-cü ildə qeydiyyatdan keçib.

Təqsirləndirilən A.Əliyev və E.Kərimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülüb. Bu maddə üzrə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulur.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Sentyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri