Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Keçmiş diplomatın törətdiyi bıçaqlanma cinayətin təfərrüatı AÇIQLANDI

Keçmiş diplomatın törətdiyi bıçaqlanma cinayətin təfərrüatı AÇIQLANDI

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nizami rayonunda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin Şaiq oğlu İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri müvəkkilin onlarla yanaşı əyləşməsi  barədə vəsatət veriblər. 
Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin yanında oturub konfedensial müzakirə edə bilməsi ilə bağlı keçən iclasda verilən vəsatət təmin edilib.
Daha sonra dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib. İttihama görə, hadisə 2024-cü ve ildə Nizami rayonu, Məmmədov küçəsində baş verib. 
Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər. Onların arasında dartışma zamanı Emin özündə olan bıçaqla Kamalın qarın nahiyəsindən bir dəfə vurub. 
Dövlət ittihamçısı qeyd edib ki, istintaq orqanı tərəfindən Emin İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Daha sonra ittihama münasibət bildirən E. İbrahimov ona qarşı irəli sürülən ittiham uydurmadır: 
"Mən ötən prosesdə də dedim, indidə deyirəm ki, müdafiə olunmayacam. Mən ancaq məsələlərə münasibət bildirəcəm. Çünki hamı bilir ki, mənim bu işdə günahım yoxdur. Burada tamaşa qurulub, mən bu tamaşada rol oynamayacam. Çünki özümü bu işdə təqsirli bilmirəm. Mən bu cinayəti törətmədiyimi hər kəs bilir".
Daha sonra hakimlər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib.
Hakim qeyd edib ki, E.İbrahimovun ifadəsi alınan zaman danışmaqdan imtina edib.
Daha sonra zərərçəkmiş qismində K. Şükürov ifadə verib. 
O bildirib ki, hadisədən əvvəl E. İbrahimovu tanımayıb, onunla ədavəti olmayıb: 
"Mən metronun "Xalqlar dostluğu" metrosunun yanında yaşayıram. Orada da həmişə yolda tıxac olur. Mən özüm də "Laçın" ticarət mərkəzinə "Sədərək"dən aldığım malları verərək siyahı alırdım. Hadisə günü də maşın bazarı istiqamətində yolda tixac yarandığı üçün maşını aşağıda saxladım və "Laçın" ticarət mərkəzi istiqamətində səki ilə hərəkət etdim. Bu zaman adını sonradan bildiyim Emin ilə rastlaşdım. Biz çiyin-çiyinə toxunduq. Mən ondan üzr istəmək istəyən zaman söyüşlə cavab verdi. Biz bir-birimizin yaxasından yapışan zaman mənə yumruq atdı. Məndə ona yumruq atdım. Bu zaman qarın nahiyyəmdın istilik hiss etdim, yerə çökdüm. Baxanda qarnından qan axdığını gördüm. Sonra mən təcili yardıma və polisə zəng etdim. Məni xəstəxanaya apardılar. Əməliyyat olundum".
Dövlət ittihamçısın suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, əvvələr E.İbrahimovu tanımayıb, hadisə zamanı təsadüfən rastlaşıblar: 
"Hadisə yerinin yaxınlığında "Moyka"da işləyənlər var idi. Onlarda mənə köməklik etdilər".
Daha sonra hakim zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadələrdən məlum olur ki, Emin İbrahimov və Kamal Şükürovun arasında olan mübahisə 7-8 dəqiqə davam edib, Emin onu uca səslə nalayiq ifadələrlə təhqir edib. 
Prosesdə hakim Emin İbrahimov və zərərçəkmiş Kamal Şükürovun ibtidai istintaq zamanı üzləşdərmələri ilə bağlı protokolunu elan edib. Həmin sənəddən məlum olur ki, E. İbrahimov K. Şükürovu bıçaqlamadığını, onun yalan danışdığını deyib. 
K.Şükürov isə hadisənin baş verdiyini deyib. 
Daha sonra zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışıq yoxdur. O, təqsirləndirilən şəxsə dövlətin təyin etdiyi qanunlarla cəzalandırılmasını istəyib. 
Növbəti proses martın 12-də davam edəcək.
Qeyd edək ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri