Icma.az
close
up
RU
Keçmiş məcburi köçkünlərin güzəştli kateqoriyaya daxil edilməsi təklif olunur

Keçmiş məcburi köçkünlərin güzəştli kateqoriyaya daxil edilməsi təklif olunur

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 146 mindən çoxdur. 74 mindən çox müəllim şəhərdə, 68 mindən çoxu isə kəndlərdə fəaliyyət göstərir. Müəllimlərin 120-dən çoxu qadın, cəmi 25 mindən bir az çoxu kişidir. Bu isə ondan xəbər verir ki, təhsil sektorunda gender yanaşmanın nəzərə alınması və bu istiqamətdə təşviqin gücləndirilməsinə ehtiyac var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, əsas səbəblərdən biri təhsil sferasında orta aylıq əməkhaqqının respublika üzrə orta aylıq əməkhaqqından nisbətən aşağı olması ilə bağlıdır.

"Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə, qardaş Türkiyədə təhsil sferasında orta aylıq əməkhaqqı digər sektorlarla müqayisədə, eləcə də ölkə üzrə orta aylıq əməkhaqqı ilə müqayisədə daha yüksəkdir. Sertifikasiya nəticəsində qiymətləndirmə orta aylıq əməkhaqıya təsir göstərir. Gözlənilir ki, növbəti dövrlərdə orta aylıq əməkhaqqında artımlar müşahidə olunacaq. Sertifikasiyanın da təkmilləşdirilməsi məqsədəuyğun olardı. Hazırda tətbiq olunan qaydalara əsasən, 51 və daha çox bal toplamış müəllimlərin əməkhaqqında 35 faiz artım qeydə alınır. Eləcə də 30 və 51 arası bal toplamış müəllimlərin əməkhaqqında isə 10 faiz artım qeydə alınır. O deməkdir ki, 60 baldan 50 bal toplamış müəllimin əməkhaqqı cəmi 10 faiz artır. 50 bal 84 faizə yaxın nəticə deməkdir. Beynəlxalq sistemlər gsötərir ki, 80 faizdən yüksək bal yığmaq A kateqoriyasıdır. Bu baxımdan daha yüksək əməkhaqı artımına şamil edilməlidir. 80 faizdən yuxarı bal toplayan müəllimlərin əməkhaqqı 35 faiz artırılması məqsədəuyğun olardı".

Deputat həmçinin, güzəştli kateqoriyaya keçmiş məcburi köçkünlərin əlavə edilməsini təklif edib. Belə ki, keçmiş məcbrui köçkünlər də yenidən imtahana daxil olan zaman rüsum ödəməkdən azad olunsunlar. 

Qeyd edək ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq. Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri