Keçmiş nazirin həbs müddəti uzadıldı 2 milyardlıq mənimsəmə, 27 daşınmaz əmlak
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryanın həbs müddəti daha iki ay uzadılıb.
“Qafqazinfo” “Armenpress”ə istinadla xəbər verir ki, eks-mer iyunun 5-dən bəri barəsində seçilmiş həbs qətimkan tədbiri altında saxlanılır.
Keçmiş məmur vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında təqsirləndirilir.
Qeyd edək ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Qaqik Beqlaryan 2004-2010-cu illərdə İrəvanın Kentron icmasının rəhbəri və şəhər meri vəzifələrində çalışarkən səlahiyyətlərindən sui-istifadə edib. O, ümumi dəyəri 2 milyard 327 milyon dram (təxminən 11 milyon AZN) olan 27 daşınmaz əmlakı özünün və ya yaxın şəxslərinin mülkiyyətinə keçirməkdə, daha sonra isə cinayət yolu ilə əldə edilmiş bu əmlakları leqallaşdırmaqda ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Sentyabr 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















