Icma.az
close
up
RU
Keçmiş nazirin şirkəti bir gündə iki tenderin qalibi oldu ARAŞDIRMA

Keçmiş nazirin şirkəti bir gündə iki tenderin qalibi oldu ARAŞDIRMA

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Caspel” MMC iki dövlət qurumunun keçirdiyi tenderlərin qalibi olub.

Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri Dövlət Vergi Xidmətinin keçirdiyi olub.

Belə ki, 2025-ci il üzrə şəbəkə sisteminin qurulması (SKS) ilə bağlı olan müsabiqəyə görə, “Caspel” MMC-yə 258 min 607 manat ödənilib.

İkinci tender isə TƏBİB-in balansında olan “Yeni Klinika” ilə bağlıdır. Klinika kamera sistemi və ona aid mallar, xidmətləri almaq üçün “Caspel”lə satınalma müqaviləsi bağlayıb. Həmin müqavilənin dəyəri isə 396 min 673 manat təşkil edib.

Tribunainfo.az açıq mənbələr üzərindən “Caspel” MMC ilə bağlı araşdırma aparıb. Məlum olub ki, bu şirkət 2019-2024-cü ilin aprel ayına qədər ümumi dəyəri 43 milyon 680 min manatdan artıq tender alıb.

Həmin mənbələrdə qeyd olunur ki, 2005-ci ildə yaranması ilə təkcə kassa aparatlarının satışından rəsmi olmayan rəqəmlərə görə, 100 milyonlarla manat əldə edən “Caspel”in arxasında kimlərin dayandığı məlum deyil. Bilinən odur ki, “Caspel Holdiq”in təsisçisi 2020-ci ildəki sənədlərə görə 2023-cü ilin dekabrına qədər holdinqin idarə heyətinin sədri olan Namiq Məmmədovun həyat yoldaşı Nailə Məmmədovadır.

Xatırladaq ki, “Caspel” 2005-ci ilin avqust ayında yaradılıb. Şirkətin ilk qanuni təmsilçisi Namiq Məmmədov olsa da, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə sonradan qanuni təmsilçi Ceyhun Quliyev olub.

Ceyhun Quliyev keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Namiq Quliyev özü isə 2017-ci ilin dekabrına qədər Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini olub.

Araşdırmalar zamanı o da məlum olub ki, “Caspel”in udduğu bəzi tenderlər  Etender-də qeydə alınmayıb. Məsələn, 2010-2021-ci illər aralığı ilə bağlı dövlət satınalmalarının vahid internet portalında olmayan və “Caspel” MMC-nin qalib gəldiyi tenderlərin ümumi məbləği 39 milyon 600 min manatdan artıqdır.

Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri