Keçmiş nişanlısından qurtulmaq üçün 300 min manat xərclədi
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Şərəf Əli-Zadə yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror təqsirləndirilənin səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Şərəf Əli-Zadə özünü insanlara cadu və pis əməllərdən "təmizləyə" biləcək falçı kimi təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin dekabr ayınadək olan müddətdə İsmayıl Məmmədovun sevdiyi xanımla ailə qurmasına, xanımın onu narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağına, Məmmədovu yüksəkməvacibli işə düzəltməyə kömək edəcəyinə, tanışı olan xəstə bir qadının sağalmasına yardım edəcəyini vəd edərək, müxtəlif vaxtlarda pullarını ələ keçirməklə İsmayıl Məmmədova ümumilikdə 302 894 manat maddi ziyan vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Şərəf Əli-Zadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 15 Sentyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















