Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Keçmişin naxışları, bu günün rəssamı

Keçmişin naxışları, bu günün rəssamı

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalçanı oxumaq olur - gənc xalçaçı rəssam

Könül Ramazanla MÜSAHİBƏ

Azərbaycan xalçaçılıq sənəti əsrlər boyu formalaşaraq milli mədəniyyətimizin ən qiymətli incilərindən birinə çevrilib. Bu ənənəni bu gün də gənc sənətkarlar yaşadır və inkişaf etdirirlər. Onlardan biri də gənc xalçaçı rəssam Könül Ramazandır. O, əsərlərində qədim naxışların ruhunu qoruyaraq xalça sənətinə öz yaradıcılıq baxışını gətirir. Gənc rəssamla söhbətimizdə onun yaradıcılıq yolu və sənətə münasibəti haqqında danışdıq. Müsahibəmizi təqdim edirik.

- Könül, rəssamlığa marağınız  necə yarandı, ilk dəfə hansı yaşlarda özünüzü kəşf etdiniz?

- Rəssamlığa marağım lap kiçik yaşlarımdan yaranıb. 2-3 yaşlı uşaqlar oyuncaqla oynayarkən, mənim seçimim həmişə qələm, albom olub. İlk dəfə 3-cü sinifdə özümü kəşf etdim. Abbas Səhhətin “Ayı və Şir” şeirinə illüstrasiya çəkmişdim. Müəllimlərim və valideynlərim şəkili mənim  çəkdiyimə inanmırdılar.

- Ailənizdən rəssamlıqla, ümumiyətlə, incəsənətlə məşğul olan kimsə var?

- Ailəmdə rəssam yoxdur, amma incəsənət adamları var. Qardaşım zərb alətləri ifaçısıdır. Nəslimizdə musiqiçi çoxdur,  rəsm bacarığı olanlar da var. Yalnız  mən bu sənətə ciddi yanaşdım. Buna görə də özümü xoşbəxt hiss edirəm.

- Sonradan xalçaçı rəssam olmaq qərarına gəlmisiniz...

- Rəssamlığın sahələrə  bölünməsini istəmirəm. İstər xalça rəssamı, istər dekor rəssamı və s. Hamısının, ümumilikdə, bir adı var - rəssam. Mən xalçaçı rəssamam deyə bu o demək deyil ki, ancaq xalça üzərində rəssamlıq edirəm. Rəngkarlıq və qrafika işlərim də var. Hər janr mənə maraqlı gəlir və işləməyi sevirəm. Rəssamlıq Akademiyasının 1-ci kursunda oxuyarkən ixtisas seçimi etməli idim. Əvvəl düşünürdüm ki, Bədii Keramika sənəti mənə daha yaxındır.  Lakin fikrimi dəyişdim, buna səbəb isə Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadə oldu. Onun unikal əsərlərini, xalça sənətinə olan sevgisini və bu sənətə gətirən yenilikləri gördüm. Və düşündüm ki, bu dahi insanın arxasınca getməliyəm. Beləliklə, ixtisas seçimim “Bədii Xalça”oldu.

- Xalçaçılıq kifayət qədər qədim sənətdir, düşünürəm ölkəmizdə gənclərin bu sahəyə marağı elə də yoxdur...

- Xalça bizim - türk dünyasının kod  yaddaşıdır. Hamımız xalça üstündə böyümüşük. Elə bir ev yoxdur ki, orada xalça olmasın. Qədimdən günümüzə qədər gəlib çatmış ən möhtəşəm sənət əsəridir, deyərdim. Necə deyərlər, dünyaya xalça üstündə gəlmişik, dünyadan gedəndə də xalçaya bürünüb gedəcəyik. Azərbaycan xalçasını dünya xalçalarından fərqləndirən şey də odur ki, bizim xalçaları oxumaq olur.  Gənc, istedadlı xalçaçılarımız, xalça rəssamlarımız yetişir. Müasir dövrdə qədimiliyi önə çıxartmaq tendensiyası var və burada  xalça sənəti böyük yer tutur.

- Ən çətin mərhələ hansıdır - eskiz, rəng seçimi, yoxsa toxuma prosesi?

- Sadaladığınız bütün proseslər çox çətin başa gəlir. Eskizi yaratmaq özü mürəkkəb işdir. Elementləri bir-birinə uyğunlaşdırmaq, harmoniya yaratmaq lazımdır. Sonra isə rəng seçimi başlayır. Rəng seçimi də  mürəkkəb işdir. Xalçanın kaloritini seçmək, rəng tonlarını düzgün qaydada istifadə etmək  lazımdır. Toxumaq çox əmək tələb edən, səbr tələb edən işdir. İlmə vurmaq, ərqacı düzgün yerləşdirmək, xovu kəsmək bunlar hamısı xüsusi bacarıq, əl əməyi, göz nurudur.

- Müasir dövrdə klassik naxışlarla eksperiment edirsinizmi?

-  Müxtəlif dekorativ əl işlərimdə, rəngkarlıq işlərimdə istifadə edirəm. Bu elementlər milli koloriti önə çıxarır. Bu da çox fərqli və gözəl görünür.

- Qeyd etdiniz ki, müəlliminiz xalq rəssamı Eldar Mikayılzadə olub...

- Bəli... Xalça rəssamlığı haqqında nə öyrənmişəmsə, Eldar Mikayılzadəyə borcluyam. Özümü xoşbəxt insan hiss edirəm ki, bu dahi insanın tələbəsiyəm.  Ondan çox şey öyrənmişəm və öyrənməyə hələ də davam edirəm. Düşünürəm ki, E.Mikayılzadənin açdığı cığırla getmək çox məsuliyyətli işdir.

- Tərziniz maraqlıdır, rəssam olduğunuz üçün belə seçmisiniz, yoxsa...?

- Tərz məncə həm zövq məsələsidir, həm ruh məsələsi. İncəsənət insanları tərzinə görə bir az həmişə fərqlənirlər. Heç zaman hamı kimi olmağa can atmamışam. Bu mənə çox sıxıcı gəlir. Ola bilər ki, dediyiniz kimi sənətimin də bunda rolu olub. Rəssamlar fərqli görür dünyanı. Bir tərəfdən də mən geyimdə komforta çox üstünlük verirəm. Daxilimlə bərabər, xaricdən də rahat hüzurlu olmaq istəyirəm.

- Cəmiyyətin “rəssam belə geyinməlidir” stereotiplərinə münasibətiniz necədir?

- Məncə məhz rəssamlar elə cəmiyyətin stereotiplərini qırmaq üçündürlər. Rəssamın xüsusi forması yoxdur. Düzdür yaddaşlarda rəssamlar başda beretka, boyunda şarf taxan insanlar kimi qalır. Ya da üst-başı rəng içində köhnə libasda.. . Belə bir stereotipi, nə də qaydanı qəbul etmirəm. Hər insanın, xüsusən də rəssamların özünə məxsus tərzləri var. Məncə bu individualdır və zövqə bağlı bir şeydir.

- Sizcə gələcəkdə süni intellekt və texnologiya rəsm sənətinə  təsir edəcəkmi?

- Süni intellekt məsələsi məni bir az qorxudur. Adından da bəllidir ki, “süni”dir. Süni intellektin təbii intellekti üstələyəcəyinə inanmıram. İnsan zəkası ilə də bir tutmaq olmaz bunu.  İndi o qədər özünə rəssam deyənlər var ki, baxırsan min hiylədən istifadə edirlər. İnsanlar da buna inanır. Əsl sənətkar heç zaman özünü aldatmaz. Bəzi sahələrə həqiqətən də süni intellekt zərbə vuracaq. İstər kino sahəsi, istər musiqi sahəsi, istərsə də rəssamlıq. İnsan əməyinə ehtiyac qalmayacağı dövrə gəlirik. Bu çox qorxuludur. Amma hər şey bizim əlimizdədir.

Söhbətləşdi: Havar Şəfiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Mart 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see681

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see483

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see275

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see274

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see260

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see256

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see248

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see245

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see245

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see244

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see238

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see227

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see223

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see222

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see221

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see219

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see218

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see208

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see207

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri