Icma.az
close
up
RU
Kəlbəcər Böyük Qayıdışla ən gözəl şəhərlərdən birinə çevrilir

Kəlbəcər Böyük Qayıdışla ən gözəl şəhərlərdən birinə çevrilir

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində noyabrın 26-da Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülüb.

Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib ki, tarixi abidələri, zəngin flora və faunası ilə canlı muzey sayılan Kəlbəcərin tezliklə mədəniyyət və turizm mərkəzinə çevriləcək. Kəlbəcərdə mədəniyyət, turizm, təhsil və ictimai həyatın dirçəlişini izləmək qürurvericidir: "Kəlbəcərdə tikintisi davam etdirilən təhsil kompleksinin gələn il təhvil verilməsi gözlənilir. Şəhər parkı, İşğal və Zəfər muzeyləri kompleksinin, habelə İstisu qəsəbəsinin layihələndirmə işləri aparılır. Bölgənin sağlamlıq və turizm potensialının artırılmasında mühüm əhəmiyyət daşıyan İstisu Müalicə İstirahət Kompleksinin də 2026-cı ildə təhvil verilməsi gözlənilir".

Onun sözlərinə görə, gələn ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə sakinlərin köçürülməsi planlaşdırılır. Kənddə artıq tikintiyə başlanılıb: "Kəlbəcərə özəl investisiyanın cəlb olunması istiqanətində müvafiq addımlar atılır. Ticarət və çoxfunksiyalı zonaların yaradılması üzrə irəli sürülən təşəbbüslərə aidiyyəti qurumlarla baxılmaqdadır. Bir neçə layihə icra prosesindədir. Ərazidə əhalinin ilkin istehlak təlabatını ödəmək üçün modul tipli sahibkarlıq obyektləri qurulub. Kəlbəcərdə bir neçə su elektrik stansiyasının inşasının gələn il yekunlaşması nəzərdə tutulur. Şəhərin su və kanalizasiya sisteminin qurulması istiqamətində də işlər mərhələli şəkildə davam etdirilir. Su anbarları və təmizləyici qurğular tikilir".

Millət vəkili Vüqar Rəhimzadə deyir ki, çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra ölkəmizin həyatında başlanan yeni mərhələnin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış proqramının uğurlu icrasıdır. Azərbaycan şanlı Qələbəmizin ilk günündən təkmil dirçəliş modeli ilə dünyanın diqqətində olub. Tarixi sahibinə qovuşan torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün son beş ildə 6 şəhərin, 2 qəsəbənin və 20-dən artıq kəndin doğma sakinlərinə qovuşduğunu yada salmaq kifayətdir. Bu şəhərlərdən biri də Kəlbəcərdir: "Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Kəlbəcər şəhərinin işğala qədərki son Baş planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7 min 500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin, 46 min kvadratmetri isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4 min 250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə, həmçinin məktəb, uşaq bağçasının, iki xəstəxananın, reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikiləcək. Yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Artıq kompleksdə dördmərtəbəli 6 bina, həmçinin "townhouse" tipli ikimərtəbəli 39 ev də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, "townhouse" tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il avqustun 21-də Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Həmçinin 20 ailəyə mənzillərin açarları təqdim edilib. Bu günədək Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb".

V.Rəhimzadə qeyd edib ki, Kəlbəcərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilib. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. Kəlbəcər artıq canlanır və buraya həyat qayıdır. Ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə görülən bərpa-quruculuq işlərinin miqyası böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlaması hər birimizi sevindirir. Dövlətimizin başçısı İlham Əliyevin "Bizim işimiz quruculuqdur" çağırışı Böyük Qayıdış proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərin reallıqda öz əksini tapması ilə təsdiqlənir. Bu mərhələ üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Azərbaycanın gücü, potensial imkanları bu hədəfə yüksək səviyyədə nail olunmasını təmin edəcək".

Millət vəkili Pərvanə Vəliyeva qeyd edib ki, bir vaxtlar çadırlarda, uşaq bağçalarında və uyğunlaşdırılmış binalarda məskunlaşmağa məcbur olan kəlbəcərlilər bu gün doğma yurda dönürlər. Uzunmüddətli ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır. Azərbaycan dövlətinin həyata keçirdiyi "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq ilk yaşayış kompleksi istifadəyə verilib və lazımi infrastruktur qurulub. Yaxın illərdə burada dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması nəzərdə tutulur. Bu, təkcə məskunlaşma deyil, həm də ədalətin, xalqın iradəsinin və tarixi qələbənin təntənəsidir.

Millət vəkilinin dediyinə görə, Kəlbəcərin işğalı Azərbaycan üçün həm faciə, həm də strateji zərbə olub. Bundan sonra isə Ermənistan bu torpaqları qaytarmamaqla yanaşı, formal olaraq danışıqlarda iştirak edib. Uzun illər davam edən nəticəsiz danışıqlar xalqın səbrini sınağa çəksə də, Azərbaycan heç vaxt işğalla barışmayıb: "Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımız hər gün, hər saat Zəfər gününü yaxınlaşdırmaq əzmi ilə yaşayıb. 44 günlük Vətən müharibəsi isə xalqımızın bir yumruq kimi birləşdiyini bütün dünyaya sübut edib. Qəhrəman əsgər və zabitlərimiz canları, qanları bahasına torpaqlarımızı azad ediblər. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur olub. Bu dövr ərzində Ermənistan ordusunda 12 min fərarinin olması isə onların acizliyinin göstəricisidir. Vətən müharibəsi başa çatdıqdan sonra Kəlbəcər işğal altında qalsa da, Azərbaycan diplomatik və hərbi gücü ilə düşməni təslim olmağa məcbur edib. Ölkəmiz qarşı tərəfə əşyalarını yığıb köçmək üçün bir neçə gün vaxt verib, ancaq təəssüf ki, işğal zamanı bu vaxt bizə tanınmayıb. Buna baxmayaraq, Kəlbəcərdə yaşayan ermənilər onlara verilən vaxtdan sui-istifadə edərək bölgədə bir dənə də olsun, salamat bina qoymayıblar. İşğalçılar şəhəri talan edib, küçələri yandırıb, məscidləri dağıdıb. Çıxarılmaları üçün vaxt verilsə də, onlar bütün şəhəri viran qoyaraq tərk ediblər. Bu faciələr, Xocalı soyqırımı və digər vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək".

O vurğulayıb ki, Azərbaycan xalqı 30 il ərzində bütün dünyaya göstərdi ki, işğalla barışmayacaq. 2020-ci ilin Zəfəri və ardınca həyata keçirilən uğurlu əməliyyatlar Azərbaycanın gücünü təsdiqləyib: "Prezidentin dediyi kimi, son 80 ildə dünyada heç bir ölkə Azərbaycan qədər tam və mütləq qələbə qazana bilməyib. Bu, yalnız hərbi qələbə deyil, həm də xalqın ləyaqətinin, dövlətin siyasi iradəsinin və beynəlxalq hüququn bərpasıdır. Bu gün Azərbaycan yalnız qalib dövlət deyil, həm də regionda sülhün təminatçısıdır".

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə əsasən, "Böyük Qayıdış" proqramı yalnız məskunlaşmanı deyil, iqtisadi inkişafı da nəzərdə tutur: "Kəlbəcərdə kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrində geniş potensial var. Dövlətin gördüyü işlər bu imkanların reallaşdırılmasına yönəlib. Bu, gələcəkdə bölgənin iqtisadi cəhətdən özünü təmin edən və ölkə iqtisadiyyatına ciddi töhfə verən bir məkana çevriləcəyini göstərir. Sosial baxımdan da bu prosesin böyük əhəmiyyəti var. Doğma torpaqlara qayıdan insanların psixoloji-mənəvi bağlılığı möhkəmlənir, həmçinin gələcək nəsillər üçün güclü vətənpərvərlik nümunəsi yaranır. Burada məskunlaşan ailələr yalnız öz həyatlarını qurmaqla kifayətlənməyəcək, həm də bölgədə yeni ictimai həyatın təməlini qoyacaqlar".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see809

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see218

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see203

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see128

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri