Kəlbəcər sakini Daşkəsəndə itkin düşdü
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb.
Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək.
Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev şəhid Şəhriyyar Abdullayevin atasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 05 May 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















