Icma.az
close
up
RU
Kəlbəcər Şəhəri Günü ilə əlaqədar məlumat bülleteni hazırlanıb AZƏRTAC

Kəlbəcər Şəhəri Günü ilə əlaqədar məlumat bülleteni hazırlanıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 noyabr, AZƏRTAC

25 Noyabr - Kəlbəcər Şəhəri Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında məlumat bülleteni hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Kəlbəcər Şəhər Gününün təsis edilməsi və burada aparılan bərpa-yenidənqurma işləri ilə əlaqədar qəbul edilən rəsmi sənədlərin tam mətni, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri haqqında geniş məlumat təqdim edilir. Bülletendə rayonun yaranma tarixi, gözəl təbiəti, əlverişli relyefi, ən qədim insan məskənlərindən biri olması, ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirlərinin mövcudluğu haqqında məlumat verilir.

Materialda Kəlbəcər ərazisində yerləşən faydalı qazıntılar, qızıl, xrom yataqları, civə ehtiyatları, füsunkar təbiətinin ayrılmaz tərkib hissələri olan Alagöllər, Qaragöl, Zalxa gölü, Keşdək, Qarasu, Mozçay kimi mineral yataqları, İstisu mineral su bulağı və onu yaranma tarixi haqqında məlumatlar yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda "Qarabağ dünən, bu gün və sabah" 22-ci elmi-əməli konfransının materialları, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Qarabağ: mülahizələr və düşüncələr”, “Qanı ilə Zəfər yazanlar”, “Kəlbəcər: ömrüm, həyatım” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, 2021-2024-cü illəri əhatə edən dövrü mətbuat nümunələri təqdim edilir.

Bundan əlavə, kitabxananın rəsmi saytında yaradılan “Kəlbəcər Şəhəri Günü” elektron resurslar bazasına yeni məlumatların əlavə edilməsi davam etdirilir. Qeyd edək ki, bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Kəlbəcər şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see147

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see141

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see135

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see134

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see134

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see126

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see122

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see120

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see117

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see115

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see114

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see114

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see112

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see111

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see109

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri