Kəlbəcərdə ağacəkmə aksiyası “Yaşıl mirasdan güclü gələcəyə”
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kəlbəcər, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Kəlbəcər şəhərində “Yaşıl mirasdan güclü gələcəyə” devizi altında ağacəkmə aksiyası keçirilib. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, eləcə də ərazidə fəaliyyət göstərən digər qurumların iştirakı ilə baş tutan aksiya ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına və regionda yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra aksiya iştirakçıları tərəfindən Kəlbəcər şəhərinin təyin edilmiş bölgələrində cökə, ağcaqayın, fıstıq, Eldar şamı və sərv ağacı kimi müxtəlif növ ağac tingləri əkilib, tinglərə aqrotexniki qulluq göstərilib.
Aksiya çərçivəsində çıxış edənlər təbiətin qorunmasının və ekoloji dəyərlərin təşviqinin hər bir vətəndaşın ortaq məsuliyyəti olduğunu vurğulayıblar. Bildirilib ki, yaşıllıqların artırılması iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, biomüxtəlifliyin qorunması və gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Keçirilən ağacəkmə aksiyası həm təbiətə qayğının təşviqi, həm də ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində mühüm təşəbbüs kimi qiymətləndirilib. Tədbir iştirakçıları bu cür sosial - ekoloji aksiyaların davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edərək, Kəlbəcərin yaşıllıq potensialının daha da artırılmasına birgə töhfə verməyə hazır olduqlarını bildiriblər.
Müxbir – Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 10 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















