Kəlbəcərdə qayıdışın ritmi: Sazlı sözlü “Yallı” coşqusu FOTOLAR VİDEO
Icma.az bildirir, Azertag portalına istinadən.
Kəlbəcər, 1 sentyabr, AZƏRTAC
İşğaldan azad olunan Kəlbəcər bu gün yeni görkəmi, müasir infrastrukturu və canlanan həyatı ilə diqqət çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan bayraqlarının dalğalandığı məhəllədə milli musiqinin sədaları altında uşaqlar və böyüklər “Yallı” gedirlər. Bir vaxtlar müharibənin izlərini daşıyan bu torpaqlarda indi uşaqların gülüşü və sevinc dolu səsi eşidilir. Müasir binalar, abad küçələr və yaşıllıqlar Kəlbəcərin yeni həyatının mənzərəsini tamamlayır. Bu görüntülər doğma yurda qayıdışın, şəhərin dirçəlişinin və burada yeni həyatın qurulmasının canlı ifadəsidir. Kəlbəcərdə yaşanan bu sevinc həm də işğaldan azad edilmiş ərazilərimizin Böyük Qayıdışla yenidən həyata qovuşmasının rəmzidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 01 Sentyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















