Icma.az
close
up
RU
Kəlbəcərdə Tunel qətliamı

Kəlbəcərdə Tunel qətliamı

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 31 mart, AZƏRTAC

Birinci Qarabağ müharibəsində işğal edilən rayonlardan biri olan Kəlbəcərin əhalisi ermənilər tərəfindən ağır məhrumiyyətlərə düçar edilmişdi. Uzun müddət müqavimət göstərilməsinə baxmayaraq, böyük güclərə arxalanan Ermənistan Kəlbəcər rayonunu işğal etmək üçün hərbi əməliyyatlara başladı. 1993-cü ilin mart ayının sonu və aprelin əvvəli Azərbaycanın Kəlbəcər rayonu tarixində ən ağır faciələrindən birini yaşadı. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində rayon mühasirəyə düşdü, on minlərlə mülki sakin həyati təhlükə qarşısında qalaraq doğma yurdlarını tərk etməyə məcbur oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin “1993-cü il 31 mart - Kəlbəcərdə Tunel qətliamı” adlı məqaləsində yer alıb.

Məqalədə, həmçinin bildirilib:

- Ermənilər 1993-cü il martın 27-də bir neçə istiqamətdən Kəlbəcərə hücuma keçdilər. Hücum əməliyyatları Ermənistanın Göyçə mahalı istiqamətindən, Ağdərə-Kəlbəcər yolu, Qozlu Körpü-Çərəktar-Tunel istiqamətində həyata keçirilirdi. Eyni zamanda, Ağdərə-Murov dağ istiqamətindən Kəlbəcərin Yanşaq kəndinə doğru əlavə hücum xətti açılmışdı. Eləcə də, Laçın istiqamətindən hücuma keçən ermənilərin və müxtəlif hərbi birləşmələrin davamlı hücumu bir-birindən uzaq məsafədə yerləşən dağ kəndlərində vəziyyəti daha da ağırlaşdırmışdı. Kəlbəcər əhalisinin rayondan çıxması üçün yalnız bir yol var idi. O da həmin dövr üçün çətin, dağlıq ərazini əhatə edən Murov zirvəsindən keçən yol idi. Həmin dövrdə rayonun müdafiəsi çox zəif təşkil olunmuşdu. Görünür, ciddi hərbi mütəxəssislərin hesablamalarına ya diqqət edilməmiş, yaxud səhlənkarlıq olmuşdu. Azərbaycan Ordusuna məxsus hərbi texnikalar Laçın istiqamətinə cəmləşdirilmişdi. Laçının böyük hissəsi də işğalda olduğundan Ağdərə-Laçın istiqamətindən hücuma keçən ermənilər Laçında olan hərbi hissələri mühasirəyə saldılar. Bu zaman Azərbaycan əsgərləri texnikaları oradan çıxara bilmədilər. Məcburiyyət qarşısında qalan ordu texnikaları orada saxlayıb, çətinliklə dağ yolları ilə mühasirəni yarıb keçdi. Kəlbəcərin müdafiəsi və əhalinin çıxarılması rayonda yerləşən polis işçilərinin və könüllü batalyonun imkanları daxilində idi. 60 mindən yuxarı əhalisi olan Kəlbəcəri belə vəziyyətdə xilas etmək həqiqətən çox çətin idi. Martın 27-dən hücuma keçən ermənilər martın 31-də artıq bir neçə istiqamətdə böyük təhlükə yaradırdılar. Kəlbəcər rayonunda elə dağ kəndləri var ki, orada insanlar həm hadisədən çox gec xəbər tutmuşdular, həm də rayonun belə qısa müddətdə işğalını təsəvvür etməzdilər. Bəzi yerlərdə insanlar kəndi tərk etmək istəmir və ov silahı ilə olsa da, döyüşmək istəyirdilər. Belə bir vəziyyət əhalinin evakuasiyasını çətinləşdirir, digər tərəfdən fikir ayrılığı yaradırdı. Kəlbəcərin 30-dan yuxarı kəndi var ki, orada sakinlər ərazini tərk edən zaman gəlib bu tuneldən keçməli idilər. Bütün bunlar Ermənistan hərbi qüvvələri tərəfindən nəzərə alınmışdı. Buna görə də tuneldə pusqu quraraq insanlara qarşı qətliam törətmək planlaşdırılmışdı. Orada mühasirəyə düşərək məhv edilən və əsir götürülən insanlar haqqında orada olmuş, o faciələrin şahidi olmuş şəxslərin söylədikləri faktlara əsasən təhlil edərək şərh vermək olar.

Martın 31-də Çobangərəkməz kənd sakini Nizami Davudoğlunun “KamAZ” markalı maşınında olan Çormanlı kənd sakini Qara kişinin ailəsi orada əsir götürülür. Sonradan o ailədən əsirlikdən azad edilənlər oldu. Lakin əksəriyyətindən hələ də xəbər yoxdur. Kəlbəcərin Zağalar kəndindən Şamama adında bir qadın orada ağır yaralandı. Ağcakənddən olan başqa bir qadın ağır yaralandı. Tuneli keçmək istəyən Xallanlı kəndindən Qafar adlı kişinin əsir götürülərək güllələnməsi haqqında məlumatlar var. Orada şəhid olmuş Qafar kişinin cəsədi uzun illərdən sonra bu yaxınlarda tapılaraq Kəlbəcərdə dəfn edildi. Tuneldə əsir götürülən və sonradan əsirlikdən azad olunan Nəsibə Quliyevanın danışdıqları insanı dəhşətə gətirir. Nəsibə Quliyeva qeyd edir ki, 6 güllə yarası alıb və qardaşları da ağır yaralanıb. Onları işgəncə altında Ağdərənin Vəng kəndinə gətirirlər. Nəsibə xanım deyir: “Su istəyirdik, vermirdilər. Yadımdadır ki, bizi gölə atmaq istəyirdilər”. Bundan başqa 3 il 2 ay əsirlikdə olan Bəşir Qarayevin söylədikləri daha tükürpədicidir. O, qeyd edir: “Biz “KamAZ” maşınında gedərkən tuneli keçən zaman pusquya düşdük və ermənilər maşını qrantomyotla vurdular. Maşında təxminən 50 nəfərə yaxın Kəlbəcər sakini var idi. “KamAZ”da olan insanların əksəriyyəti güllələndi, mən cəsədlərin arasında gizlənsəm də, “KamAZ” yandırılan zaman məcbur olub ayağa qalxdım və yaralı olaraq əsir götürüldüm”. Ermənilər onun əllərini arxadan məftillə bağlayaraq digər sağ qalmış yaralılarla birlikdə Ağdərə rayonunun “Heyvalı” kəndinə gətirirlər. Uşaqlara tətbiq edilən işgəncələrə dair onun bildirdiyi faktlar ermənilərə xas olan xüsusi amansızlığın bariz göstəricisidir. Onlar oradan Xankəndinə, daha sonra isə Şuşa türməsinə aparılır. Onun Şuşa türməsində erməni vəhşiliyi haqqında söylədikləri daha dəhşətlidir. Qeyd edir ki, ermənilər Şuşa türməsində əsirlərə işgəncələr zamanı xüsusi saxlanmış itlərdən də istifadə edirdilər. İnsanları itlərə yedirtmələri haqqında danışan Bəşir Qarayevin qocalara qarşı ermənilərin işgəncələrindən bəhs etməsi çox ağırdır.

O hadisələri təhlil edərkən belə bir qənaətə gəlmək olur ki, tunelin ermənilər tərəfindən nəzarətə götürülməsi haqqında əvvəldən məlumat alanlar olur. Əks halda, orada daha dəhşətlər yaşana bilərdi. Tunel yaxınlığında mülki nəqliyyat vasitələrinin atəşə tutulması, qaçış yollarının bağlanması və insanların girov götürülməsi bu prinsiplərin açıq pozuntusudur və beynəlxalq hüquq baxımından hərbi cinayət kimi qiymətləndirilə bilər.

Bütün bu tip qətliam və cinayətləri təhlil edərək hazırda o hadisələrə münasibət bildirəndə ancaq bir məsələni qeyd etmək olar ki, Azərbaycan xalqı heç vaxt bu cinayətləri unutmamalıdır. Tariximizi unutsaq, oradan səhvlərimizi ayırd etməsək, dost-düşmənimizi qiymətləndirə bilməsək, gələcəkdə hansısa problemlər yaşaya bilərik. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək döyüş meydanında bərabər şərtlər altında necə mübarizə aparılmalı olduğunu bütün dünyaya sübut etdi. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə Ermənistana elə zərbə vuruldu ki, onlar “kapitulyasiya aktı” imzalamağa məcbur oldular. Nəticədə doğma Kəlbəcər rayonu da döyüşsüz azad olundu. Bütün bunlar onu göstərir ki, “Dəmir yumruq” həmişə ucalarda olmalı, Azərbaycanda xalq-hakimiyyət birliyi əbədi qorunmalı, şanlı Zəfəri bizə yaşadan şəhidlərimizin ruhu daim hörmətlə anılmalıdır.

Müxbir – Göyçək Mahmudlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see207

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see194

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see194

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see194

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see183

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see183

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see182

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see181

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see179

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see178

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see174

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see173

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see173

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see173

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see172

Müşahidə adı ilə geosiyasi oyunlar: “Revanşist çağırışlar sülhü riskə atır” Siyasi ekspert

10 May 2026 17:37see170

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see165

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

10 May 2026 15:59see164

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see161

Prezidentdən revanşist dairələrə XƏBƏRDARLIQ

10 May 2026 18:14see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri