Icma.az
close
up
RU
Kəlbəcərə Böyük Qayıdışın növbəti ünvanı 4 cü yaşayış kompleksi olacaq

Kəlbəcərə Böyük Qayıdışın növbəti ünvanı 4 cü yaşayış kompleksi olacaq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kəlbəcər, 22 avqust, Elcan Məmmədov, AZƏRTAC

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində salınacaq 4-cü yaşayış kompleksinin təməlini qoyublar. Tədbirdə dövlət başçısına və birinci xanıma kompleksin gələcək imkanları barədə ətraflı məlumat təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksin ümumi ərazisi 10 hektara yaxındır. Burada 807 ailənin məskunlaşdırılması planlaşdırılır. Tikiləcək 26 yaşayış binasının hər biri 4 mərtəbədən ibarət olacaq. Ümumilikdə 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı və 82 dördotaqlı mənzil nəzərdə tutulur. İlk mərtəbələrdə məişət və ticarət obyektləri yerləşəcək ki, bu da sakinlərin gündəlik ehtiyaclarının elə yaşadıqları məkan daxilində təmin olunmasına imkan verəcək.

Lakin layihə yalnız yaşayış binaları ilə məhdudlaşmır. Burada uşaqlar üçün oyun meydançaları, idman sahələri, velosiped yolları, istirahət guşələri və söhbətgahlar inşa ediləcək. Ərazidə geniş yaşıllıq zonalarının salınması planı isə yeni kompleksə ekoloji baxımdan da sağlam mühit qazandıracaq. Bütün mənzillər daimi su, elektrik enerjisi və yüksək sürətli internetlə təchiz ediləcək.

Əslində, bu layihə təkcə yeni binaların inşası deyil, həm də Kəlbəcərin işğaldan sonrakı bərpasının canlı nümunəsidir. Onilliklər boyu didərgin düşmüş yüzlərlə ailə indi doğma yurdlarına qayıdaraq müasir standartlara cavab verən mənzillərdə yaşayacaq. Beləliklə, 4-cü yaşayış kompleksi təkcə memarlıq baxımından deyil, həm də sosial və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır.

Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış”ın daha bir mərhələsi kimi tarixə düşür. Kəlbəcərdə salınacaq müasir məhəllə həm şəhərin simasını dəyişəcək, həm də burada yeni ictimai həyatın başlanğıcını qoyacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri