Icma.az
close
up
RU
Kəlbəcərin dirçəliş xəritəsi: Prezidentin tarixi səfəri

Kəlbəcərin dirçəliş xəritəsi: Prezidentin tarixi səfəri

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kəlbəcər Azərbaycanın ən zəngin bölgələrindən biridir. Həm strateji mövqeyi, həm də təbii sərvətləri ilə ölkəmizin sosial-iqtisadi həyatında xüsusi yer tutur.

Uzun illər işğal altında qalmış bu torpaq indi yeni bir dirçəliş dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri də bu dirçəlişin dövlət səviyyəsində nə qədər əhatəli və planlı şəkildə həyata keçirildiyini göstərdi.
Əvvəlcə qeyd edək ki, Prezidentin Kəlbəcər rayonuna səfəri Böyük Qayıdış Proqramı çərçivəsində reallaşan növbəti addımlardan biri sayılmalıdır.

Dövlət başçısı səfər çərçivəsində Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış oldu, bir sıra sosial, infrastruktur və iqtisadi layihələrin açılışında iştirak etdi, yeni yolların, körpülərin, elektrik və su təchizatı sistemlərinin istifadəyə verilməsi, həmçinin kəndlərin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırıldı.

İlham Əliyev Kəlbəcərin zəngin təbiəti, strateji mövqeyi və böyük iqtisadi potensialının reallaşdırılması üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını vurğuladı: “Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.

Əlbəttə ki, azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtmaları dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident Kəlbəcərin yaxın gələcəkdə Azərbaycanın turizm, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevriləcəyini xüsusi qeyd etdi. Bu, sadəcə tikinti-quruculuq deyil, əslində Böyük Qayıdış proqramının reallığa çevrilməsi, doğma yurdlarından didərgin düşmüş insanların yeni həyatına verilmiş vəsiqədir. Prezidentin səfəri zamanı verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycanın azad edilmiş hər qarış torpağına həyat geri dönəcək. Bu torpaqlara qayıdan hər bir insan təkcə evinə deyil, həm də gələcəyinə qayıdır. Kəlbəcərin turizm, kənd təsərrüfatı və enerji mərkəzinə çevrilməsi artıq uzaq perspektiv deyil, reallaşmaqda olan bir həqiqətdir.

Bütünlükdə İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdışın strateji mərhələsidir. Digər səfərlərində olduğu kimi, məhz bu səfərində də Azərbaycan Prezidenti təkcə bir rayonun gündəminə deyil, bütövlükdə ölkənin gələcək inkişaf xəritəsinə dair mühüm mesajlar verdi. İlham Əliyevin səfər zamanı verdiyi mesajlar bir daha təsdiqlədi ki, Kəlbəcərin gələcəyi yalnız bərpa ilə məhdudlaşmır. Bu bölgə turizm, kənd təsərrüfatı, alternativ enerji kimi sahələrdə Azərbaycanın aparıcı mərkəzlərindən birinə çevriləcək.

Başqa sözlə, Kəlbəcər təkcə öz sakinlərinin deyil, bütün ölkənin inkişafında aparıcı rola malik olacaq.

Prezidentin Kəlbəcərə səfəri həm də siyasi məna daşıyırdı. Həmin gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlətin varlığı, gücü və gələcəyə inamı bir daha nümayiş etdirildi. Ölkə başçısı çıxışında çox ciddi məqamlara vurğu saldı: “Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq...”

 Bu, yaddaşın keşiyində ayıq-sayıq dayanmağın zəruriliyi ilə bərabər, həm region xalqları, həm də beynəlxalq ictimaiyyət üçün açıq mesaj idi: Azərbaycan öz torpaqlarında əbədi sahibdir, qurub yaratmaq fitrətinə sadiqdirlər. Torpaqlarını da yenidən gözəlliklər diyarına çevirmək, əzəli güc və nüfuzunu bərpa etmək üçün işğaldan azad edib. Dünyaya əyan oldu ki, Azərbaycan öz ərazilərində əbədi olaraq var olacaqlar və bu varlıq həm quruculuqda, həm də xalqın rifahında özünü göstərəcək. Kəlbəcər kimi strateji bir bölgənin sürətlə dirçəlməsi bütün Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə açılan qapıdır.

Avqustun 21-də baş tutan səfər Kəlbəcərin dirçəliş salnaməsində yeni bir səhifə açmaqla yanaşı, Azərbaycanın ümumi inkişaf konsepsiyasına da güclü töhfə verdi.
Uzun illər həsrətdə qaldığımız Kəlbəcərə bu gün yeni nəfəs, yeni həyat qayıdır. Dağları, çayları, yaylaqları ilə təbiətin möcüzəsi olan bu torpaq illərlə susqun qaldı, işğalın ağrılarını yaşadı. Ancaq artıq o illər geridədir. Bu gün Kəlbəcərdə tikilən yollar, ucaldılan körpülər, qurulan elektrik və su şəbəkələri sadəcə infrastruktur deyil – xalqın iradəsinin, dövlətin gücünün simvoludur. Prezident İlham Əliyevin də bu diyara səfəri yalnız rəsmi bir tədbir deyil, həm də Böyük Qayıdışın rəmzi, xalqın iradəsinin və dövlətin qüdrətinin bariz ifadəsi idi.

Elnarə Akimova
Milli Məclisin deputatı, 
YAP idarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Avqust 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri