Icma.az
close
up
RU
“Kəlbəcərə qayıdış illərin həsrətinin sona çatmasıdır” Deputat

“Kəlbəcərə qayıdış illərin həsrətinin sona çatmasıdır” Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aqil Məmmədov bildirdi ki, bütün məcburi köçkünlər kimi Kəlbəcərlilər də bu günü səbirsizliklə gözləyirdilər:

"Bu, doğrudan da tarixi gündür, Kəlbəcərə qayıdış günüdür. Həm cənab Prezident İlham Əliyev, həm də birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Orada yalnız evlərin paylanması və təqdimatı deyil, köçəcək sakinlərlə görüş də keçirilib. Bundan əlavə, bir sıra açılış və təməlqoyma mərasimləri baş tutub, yarım su-elektrik stansiyalarının istifadəyə verilməsində də iştirak edilib. Bütün bunlar bir tarixdir, illərin həsrətinin sona çatmasıdır. Cənab Prezidentin 22 illik fəaliyyətində çoxsaylı tarixi hadisələr olub. Ancaq 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatı və ərazi bütövlüyümüzün bərpası həmin tarixi günlərin zirvəsini təşkil edir. Bu gün Kəlbəcər camaatı həsrətlə gözlədiyi anın şahididir.

Mən inanıram ki, bu proses mərhələli şəkildə davam edəcək. Artıq birinci və ikinci yaşayış məhəllələri istifadəyə verilib, Prezident isə üçüncü və dördüncü yaşayış məhəlləsinin təməlini qoyub. Sakinlərlə görüşdə vurğulayıb ki, Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Burada həm fərdi evlər, həm də yeni massivlərdə inşa olunan hündürmərtəbəli binalar sakinlərin ixtiyarına veriləcək. Beləliklə, Kəlbəcərə yeni nəfəs, yeni düzən gəlib. Mən əminəm ki, dövlət proqramları vaxtında icra olunacaq".

Millət vəkili vurğuldı ki, hazırda Kəlbəcərə yollar yenidən qurulur:

"Ağdərə istiqamətində sürətli tikinti aparılır, Toğanalı-Kəlbəcər-İstisu yolunda 11,7 km uzunluğunda tunelin texniki açılışı olub. Yaxın vaxtlarda hər iki yol tam istifadəyə veriləcək. Bu isə sakinlərin, eləcə də turistlərin bölgəyə rahat gediş-gəlişini, istirahət və müalicə imkanlarını təmin edəcək. Kəlbəcər möhtəşəm bir diyardır, onun haqqında uzun-uzadı danışmaq olar. Lakin bu gün mövzumuz qayıdış proqramına uyğun olaraq ilkin köçün başlanmasıdır. Mən köçən Kəlbəcərlilərə uğurlar arzulayır, onları ürəkdən təbrik edirəm.

Milli Qəhrəman Hökumə xanımın atasına ev verilməsi də ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi diqqətin bariz nümunəsidir. Dövlət daim onların yanında olub, bundan sonra da belə olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı və canı bahasına torpaqlarımız işğaldan azad edilib. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün biz acı xatirələrlə yanaşı, böyük sevincin də şahidi oluruq".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri