Icma.az
close
up
RU
Kəmaləddin Heydərov İordaniya İctimai Təhlükəsizlik Baş İdarəsinin Baş direktor müavini ilə görüşüb VİDEO

Kəmaləddin Heydərov İordaniya İctimai Təhlükəsizlik Baş İdarəsinin Baş direktor müavini ilə görüşüb VİDEO

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı İctimai Təhlükəsizlik Baş İdarəsinin Əməliyyatlar və Təlim üzrə Baş direktor müavini briqada generalı Məhəmməd Mahmud Əl-Ömərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-dən APA-ya verilən məlumata görə, Nazirlikdə keçirilən görüşdə qonaqları salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi və mülki müdafiə sahəsində əlaqələrin genişləndirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Bu mənada, cari ilin aprel ayında İordaniya Haşimilər Krallığına rəsmi səfərini xatırladan nazir K.Heydərov səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Nazir ölkəmizdə fövqəladə hallarla mübarizə və mülki müdafiə sahəsində görülən işlərdən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub. Əminlik ifadə edilib ki, hazırki səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafına əlavə təkan verəcəkdir. Bu çərçivədə, fövqəladə halların idarə edilməsi və mülki müdafiə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris sahəsi üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə İordaniya Haşimilər Krallığının müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın formalaşdırılması üçün yaxşı imkanların mövcud olduğu bildirilib.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən İordaniya Haşimilər Krallığının İctimai Təhlükəsizlik Baş İdarəsinin Əməliyyatlar və Təlim üzrə Baş direktor müavini briqada generalı Məhəmməd Mahmud Əl-Öməri iki ölkənin fövqəladə hallarla mübarizə və mülki müdafə sahəsində cavabdeh qurumları arasında münasibətlərin genişləndirilməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsinin qarşılıqlı faydasını vurğulayıb. Qonaq ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərin və müzakirələrin məhsuldar olacağına, əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. O, həmçinin Azərbaycan FHN-in nümayəndəsinin cari ilin iyul ayında keçirilmiş seçkilərdə yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olublar.

Qeyd edək ki, səfər çərçivəsində İordaniya nümayəndə heyəti FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri