Icma.az
close
up
RU
Kəmaləddin Heydərov İordaniyada saziş imzaladı VİDEO

Kəmaləddin Heydərov İordaniyada saziş imzaladı VİDEO

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığının Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin sədr müavini briqada generalı Hatem Odeh Al-Zoubi ilə görüşüb.

Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edən nazir K.Heydərov Azərbaycan ilə İordaniya arasında uzun illərə söykənən, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri çərçivəsində ötən ilin noyabr ayında Bakıda uğurla keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İordaniya Haşimilər Krallığının yüksək səviyyədə təmsil olunmasını və sessiyada fəal iştirakını xatırladıb.

Nazir ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında münasibətlərin inkişaf perspektivlərindən söz açıb. Qeyd edib ki, xüsusilə qlobal iqlim dəyişikliyi fonunda təbii fəlakətlərin və texnogen qəzaların geniş vüsət aldığı müasir dünyamızda fövqəladə hallarla səmərəli mübarizə məqsədilə qarşılıqlı təcrübə mübadiləsi, ən qabaqcıl texnologiya və yanaşmaların mənimsənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə, Azərbaycan və İordaniyanın fövqəladə hallarla mübarizəyə məsul qurumları arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə İordaniya Haşimilər Krallığının Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin sədr müavini briqada generalı Hatem Odeh Al-Zoubi Azərbaycan və İordaniya arasında mövcud dostluq və sıx əməkdaşlıq münasibətləri çərçivəsində belə səfərlərin və keçirilən görüşlərin hər iki ölkənin fövqəladə halların idarə olunmasına cavabdeh qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayıb. O, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, İordaniyada təbii və texnogen fövqəladə hadisələrlə mübarizə sahəsində görülən işlərdən danışıb.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması mərasimi olub.

Daha sonra nazir Kəmaləddin Heydərov İordaniya Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov səfər çərçivəsində İordaniyanın daxili işlər naziri Mazen Əl-Faraya ilə görüşüb.

Görüşdə Azərbaycan və İordaniya dostluq münasibətləri çərçivəsində hər iki ölkənin uyğun qurumları arasında təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

Bundan əlavə, səfər çərçivəsində nazir Kəmaləddin Heydərov İordaniya İctimai Təhlükəsizlik Baş İdarəsinin Mülki Müdafiə İdarəsinin rəisi briqada generalı Mohammad Mahmud Al-Omari ilə görüşüb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin inkişaf perspektivləri, müxtəlif fövqəladə hallarla, o cümlədən meşə yanğınları və daşqınlarla mübarizə məsələləri, iordaniyalı gənclərin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil imkanları geniş müzakirə olunub, təqdimat edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri