Icma.az
close
up
RU
Kənan Kərimov: Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil

Kənan Kərimov: Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Karvan”ın baş məşqçisi Kənan Kərimov apasport.az saytına müsahibə verib.

- "Karvan" artıq Premyer Liqaya geri qayıtdı. Hansısa dönəmdə bunu reallaşdıra bilməyəcəyinizlə bağlı tərəddüdünüz oldu, yoxsa sonuna qədər inanırdınız ki, Premyer Liqaya çıxacaqsınız?
- Bəli, 16 ildən sonra Premyer Liqaya qayıtdıq. Çox sevindirici haldır. Yevlax azarkeşlərini, klub rəhbərini təbrik edirəm. Onun qayğısı, dəstəyi nəticəsində bunlar reallaşdı. Komandanı Region Liqasında götürəndə, çətin dönəmdən keçirdik. Şadam ki, bunları reallaşdırdıq və Premyer Liqaya qədər yüksələ bildik. Buna görə çox sevinirəm. Çəkdiyimiz əziyyət yerdə qalmadı.

- Oyunlarınızı Bakıda keçirmək ehtimalı yüksəkdir?
- Çalışacağıq ki, bu problemi həll edək. Ev oyunlarını Bakıda keçirməklə bağlı klub prezidenti ilə danışmamışıq. Çalışacağıq ki, stadionun ot örtüyünü dəyişək, ev matçlarımızı da Yevlaxda keçirək.

- Rəhbərliklə söhbətiniz olub? Yeni mövsümə komandanı siz çıxaracaqsınız? 
- Hələ qarşıda 4 tur var. Birinci Liqanın oyunları hələ bitməyib. Bu oyunlardan sonra klub prezidenti ilə görüşəcəyik, hərtərəfli söhbətimiz olacaq. Təbii ki, heyət məsələsini də müzakirə edəcəyik. 

- Daim Premyer Liqa və aşağı liqa arasında böyük uçurumun olduğu deyilir. Sizcə, hazırkı heyətiniz faiz etibarı ilə nə qədər dəyişməlidir ki, Premyer Liqa üçün hazır komandanız olsun?
- Bəli, reallıq odur ki, əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil. Çox güman ki, 70-80 faiz dəyişikliklər olacaq. Zamanla görəcəyik.

- Yeni sezondan Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bunu qərarı özünüz üçün necə dəyərləndirirsiniz? 
- Çox güman yerli, Premyer Liqa təcrübəsi olan futbolçular da heyətdə olacaq. Onları komandamıza dəvət edəcəyik. Çempionat bitsin, hələ oyunlar var. Elə məsələlər var ki... Klub daxilində prezidentlə aramızda olan bəzi söhbətlər var. Çempionat bitəndən sonra veriləcək qərarlar olacaq. Ondan sonra danışmaq olar ki, neçə yerli, neçə legioner futbolçu heyətdə olacaq. Yəni zaman keçsin, bu haqda  danışarıq. Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Hamı kimi bizim üçün də yenilikdir. Hər halda, Premyer Liqaya artıq vəsiqə qazanmışıq və buna görə şadıq.

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb “Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub Mahir Emrelinin bilək sümüyü qırılıb Vaqif Cavadov: "Başqa məşqçilərə belə suallar verə bilirsiz?"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri