Kənan Qasımov: Bugünkü COP29 Bəyannaməsi turizmin milli iqlim siyasətlərinə inteqrasiyasını tələb edir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Bugünkü Turizm Günü turizmin iqlim həllərinə töhfə vermək potensialını nümayiş etdirdi. Əsas nəticə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin qəbul edilməsidir ki, bu da turizmin milli iqlim siyasətlərinə inteqrasiyasını, emissiyaların azaldılmasını və davamlılığın artırılmasını tələb edir. Əllidən çox ölkə və səkkiz beynəlxalq təşkilat bu mühüm təşəbbüsü dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov
turizm nazirlərinin görüşünün yekunu olaraq, DTA və BMT Turizm Təşkilatının rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
“COP29-un ev sahibi olaraq Azərbaycan bu tədbirə rəhbərlik etməkdən qürur duyur. Biz indi iqlim məsələlərinin turizm siyasətinə inteqrasiyasında əhəmiyyətli dəyişikliklərə nail olmağa sadiqik. Turizm təkcə iqtisadiyyatımızın əsas sütunu deyil, həm də zəngin mədəniyyətimiz və təbii irsimizlə dərindən bağlıdır”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















