Icma.az
close
up
RU
Kənd təsərrüfatı naziri Ağstafa, Tovuz və Şəmkirdə təsərrüfatlara baş çəkib, şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Kənd təsərrüfatı naziri Ağstafa, Tovuz və Şəmkirdə təsərrüfatlara baş çəkib, şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa, Tovuz və Şəmkir rayonlarında təsərrüfatlara baş çəkib, şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir əvvəlcə Ağstafa rayonunda “ABAK AGRO” şirkətinin qulançar (asparagus) əkini sahəsinə baxış keçirib, ölkəmizdə alternativ və yüksək bazar dəyərinə malik, yeni sahələrdən olan qulançar bitkisinin becərilməsi üzrə aparılan işlərlə maraqlanıb. Şirkətin rəhbəri sahədə istifadə edilən aqrotexniki üsullar, əkin materialları, məhsuldarlıq, xəstəliklərə qarşı mübarizə tədbirləri və bazara çıxış imkanları barədə məlumat verib. Qeyd olunub ki, qulançar bitkisi az su sərfiyyatı ilə yüksək gəlir gətirən, xüsusilə ixracyönümlü məhsul kimi tanınır. Bu baxımdan, qulançar bitkisinin əkin sahəsinin genişləndirilməsi nəzərdə tutulur.

Görüşdə şirkətin gələcək planları, qulançar sahələrinin artırılması, fermerlərə dəstək mexanizmlərinin genişləndirilməsi və elmi əsaslarla əkin texnologiyalarının yayılması ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, fermerlərə əməkdaşlıq çərçivəsində rayonda ənginar və yerfındığı (araxis) əkinlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra nazir Məcnun Məmmədov Tovuz rayonunda yerləşən “Naiqin Ko. Tovuz-Baltiya” MMC və Şəmkir rayonunda fəaliyyət göstərən “Şərq Ulduzu” MMC-nin istehsalat sahələrinə baxış keçirib. Müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi diqqətə çatdırılıb. Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilən yeniliklər, ixrac potensialının artırılması üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri