Icma.az
close
up
RU
Kənd təsərrüfatı naziri Şamaxıda yerləşən heyvandarlıq və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Kənd təsərrüfatı naziri Şamaxıda yerləşən heyvandarlıq və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 iyul, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxı rayonunda yerləşən heyvandarlıq və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Şamaxı rayonunun Kəlləxana kəndində yerləşən 150 baş südlük heyvandarlıq fermasına baş çəkib. Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, heyvandarlıq və südçülüyün inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılması, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə müəssisənin fəaliyyəti, gələcək inkişaf planları, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialı və onun gücləndirilməsi üçün atılmalı olan addımlar, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq imkanları barədə danışılıb.

Səfər çərçivəsində nazir Məcnun Məmmədov Şamaxı rayonunda yerləşən kiçik şərab istehsalçılarının fəaliyyəti ilə tanış olub, rayonun Meysəri və Məlikçoban kəndlərində yerləşən, ev şəraitində şərab istehsalı ilə məşğul olan şərabçılıq təsərrüfatlarına baxış keçirib. Bildirilib ki, ənənəvi üsullarla hazırlanan yerli şərablar ölkəmizin mədəni irsinin, zəhmətin və ustalığın təcəssümüdür. Ənənəvi biliklərin müasir texnologiyalarla sintezi yerli məhsul keyfiyyətinin artırılmasını, ixrac potensialının genişləndirilməsini, aqroturizm imkanlarının möhkəmləndirilməsini və regionların sosial-iqtisadi inkişafını təmin edir. Kiçik şərabçılıq subyektlərinin dəstəklənməsi ölkənin şərabçılıq sektorunun dayanıqlı inkişafında və kənd təsərrüfatının şaxələndirilməsində mühüm əhəmiyyət daşıyır.

Görüşlərdə kiçik şərabçılar tərəfindən istehsal zamanı meydana çıxan çətinliklər, aqroturizmin genişləndirilməsi istiqamətində atılacaq addımlar və bu istiqamətdə hazırda görülən işlər barədə fikir mübadiləsi aparılıb. Kiçik şərab istehsalçılarının dəstəklənməsi istiqamətində araşdırmaların aparıldığı, bu sahənin inkişafının rayonun turizm potensialına töhfə verməklə istehsalçıların rifah halının yüksəlməsində əhəmiyyətli rol oynayacağı qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri