Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi Mövsüm yarmarkası ndan REPORTAJ
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə "Mövsüm yarmarkası" keçirilir.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Yarmarkada 30-a yaxın regiondan iştirak edən 55-ə yaxın fermer 120-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir. Burada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.
Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər. Yarmarka həftəsonu daxil olmaqla saat 9:00-dan saat 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.
PhotoStock.az-ın əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi "Mövsüm yarmarkası"ndan fotoreportaj hazırlayıblar.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















