Icma.az
close
up
RU
Kənd təsərrüfatı rəqəmlərin dili ilə

Kənd təsərrüfatı rəqəmlərin dili ilə

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Kənd təsərrüfatı min illərdir bəşəriyyətin ən mühüm fəaliyyət sahələrindən biri olmuşdur. O, təkcə insanlara ərzaq təmin etməklə kifayətlənməyib, həm də mədəniyyətlərin, iqtisadiyyatın formalaşmasında həlledici rol oynamışdır. Bu gün də kənd təsərrüfatı həm sosial rifahın, həm də milli iqtisadi gücün əsas dayaqlarından biridir.

Kənd təsərrüfatının tarixi minilliklərlə ölçülür. İlk əkinçilik fəaliyyətləri insanların ovçuluqdan oturaq həyata keçməsinə imkan yaratmışdır. Taxılçılıq, maldarlıq və bağçılıq insanları daha sabit həyat tərzinə gətirmiş, kənd təsərrüfatı isə icmaların əsas dayağına çevrilmişdir. Orta əsrlərdə kənd təsərrüfatı daha çox iqlim və torpaq şəraitindən asılı idi. Sənaye inqilabı ilə texniki vasitələr və gübrələr məhsuldarlığı artırdı. XX əsrdə yaşıl inqilab - seleksiya, mexanikləşmə və kimyəvi vasitələrin tətbiqi ərzaq istehsalında böyük sıçrayış yaratdı.

Müasir dövrdə kənd təsərrüfatı həm ənənəvi, həm də yüksək texnoloji yanaşmalarla inkişaf edir. FAO-nun məlumatına görə, dünya üzrə kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi təxminən 5 milyard hektardır. Ən çox istehsal olunan məhsullar sırasında buğda, çəltik, qarğıdalı və kartof xüsusi yer tutur. Asiya çəltiyi, Latın Amerikası kakao və tropik meyvələri, Avropa isə taxıl və süd məhsulları ilə seçilir.

Dünya üzrə hər il orta hesabla 3,1 milyard ton taxıl, 2,3 milyard ton şəkər çuğunduru, 1,2 milyard ton tərəvəz, 1,0 milyard ton meyvə, 967,0 milyon ton süd, 369,6 milyon ton ət istehsal olunur. Bu rəqəmlər kənd təsərrüfatının ərzaq təhlükəsizliyindəki əvəzsiz rolunu təsdiq edir. Lakin qlobal miqyasda ciddi problemlər də mövcuddur. İqlim dəyişiklikləri, quraqlıqlar və sel hadisələri məhsuldarlığa mənfi təsir göstərir. Torpaqların deqradasiyası, su ehtiyatlarının azalması və zərərvericilərin sayının artması da kənd təsərrüfatı üçün böyük çağırışdır.

Azərbaycanda kənd təsərrüfatı: inkişafı təsdiq edən rəqəmlər. Azərbaycanda kənd təsərrüfatı inkişaf xətti üzrə irəliləyir. 2024-cü ildə kənd təsərrüfatının istehsalı əvvəlki illə müqayisədə 1,5 faiz artmışdır. Ümumi istehsalda bitkiçiliyin payı 47,4 faiz, heyvandarlığın payı isə 52,6 faiz təşkil etmişdir. Bu balans ölkədə ərzaq təminatının sabitliyini göstərir. Heyvandarlıqda 2024-cü ildə 659,0 min ton ət, 2298,5 min ton süd, 2300,8 milyon ədəd yumurta istehsal olunmuşdur.

2024-cü ildə 3278,1 min ton dənli və dənli paxlalı bitkilər, 1838,9 min ton tərəvəz, 1317,9 min ton meyvə və giləmeyvə toplanmışdır. Bu rəqəmlərin hər biri fermerlərin zəhmətini, torpağın məhsuldarlığını və bazarın ritmini əks etdirir.

Strateji qərarlar və statistikanın rolu. Kənd təsərrüfatı yalnız torpağı şumlamaq və məhsul toplamaqla ölçülmür. Bu sahənin gələcəyi rəqəmlərlə yazılır. Statistik göstəricilər olmadan məhsuldarlığın artıb-artmadığını, məhsul istehsalının yüksəlib-yüksəlmədiyini, bazar tələblərinin necə dəyişdiyini bilmək mümkün deyil. Dövlətin dəstək mexanizmləri: subsidiyalar, investisiyalar, yeni texnologiyaların tətbiqi sahəsində qərarlar məhz statistikaya əsaslanır. Hər hektarın məhsuldarlığı, heyvanların illik məhsuldarlığı və bazar ehtiyacları statistik rəqəmlərlə ölçülür və buna uyğun qərarlar verilir. Ərzaq təhlükəsizliyi də məhz bu rəqəmlərə əsaslanır.

Ölkəmizdə 2025-ci ilin 15 iyul – 15 avqust tarixlərində keçirilmiş kənd təsərrüfatının siyahıyaalınması nəticəsində təsərrüfatların istehsal fəaliyyəti, o cümlədən torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cins heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə imkan yaratmışdır. Bütün bunlar müvafiq qərarların qəbul edilməsində mühüm informasiya mənbəyi kimi çıxış etməklə, bu sahədə statistik müşahidə və tədqiqatların, elmi araşdırmaların aparılmasında baza rolunu oynayacaq, eyni zamanda müvafiq statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin edəcəkdir.

Yeni dövrün çağırışı – rəqəmsallaşma və texnologiya. XXI əsrdə kənd təsərrüfatı getdikcə daha çox texnologiyaya söykənir. Rəqəmsal xəritələr əkin sahələrini izləyir, dronlar məhsulun vəziyyətini müşahidə edir, “ağıllı” suvarma sistemləri hər damla suya qənaət edir. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi, süni intellektlə idarə olunan təsərrüfatların yaradılması statistik məlumatları daha da dəqiq edəcəkdir. Nəticədə kənd təsərrüfatı daha məhsuldar, daha rəqabətqabiliyyətli və daha dayanıqlı olacaqdır.

Torpaq, toxum, bitki və heyvan – kənd təsərrüfatının təməl elementləridir. Lakin bu sahənin əsl idarəetmə dili rəqəmlərdir. Rəqəmlər bu günümüzün güzgüsü, sabahımızın yol xəritəsidir. Onları düzgün oxumaq həm kəndlinin zəhmətini qiymətləndirmək, həm də ölkənin iqtisadi gücünü artırmaq deməkdir. Gələcəkdə ərzaq təhlükəsizliyi, ekoloji tarazlıq və dayanıqlı istehsal məhz bu rəqəmlərin dili ilə qurulacaqdır. Kənd təsərrüfatının sabahı yalnız torpaqda deyil, həm də statistik göstəricilərin işığında yazılacaqdır.

Vüqar Vəliyev

Heyvandarlıq statistikası sektorunun müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see250

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see241

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see228

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see225

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see223

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see201

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see169

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see168

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see167

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see164

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see163

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see161

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see157

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see144

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see144

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri