Kənd təsərrüfatı sistemlərinə hər il 1,1 trilyon dollar investisiya yatırılmalıdır
Icma.az, Azpost portalına istinadən məlumat verir.
2024-cü ildən 2030-cu ilədək hər il kənd təsərrüfatı sistemlərinə 1,1 trilyon dollar məbləğində investisiyanın yatırılması tələb olunur.
Bu barədə FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin təbii sərvətlər üzrə baş mütəxəssisi Martial Bernoux “Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda keçirilən panel müzakirələrdə təşkilatın hesabatından sitat gətirib.
Hesabatda bildirilir ki, iqlim sərmayəsinin böyük hissəsi siyasət, milli büdcə dəstəyi, potensialın yaradılması və kənd təsərrüfatı alt sektorlarında tələb olunur.
Həmçinin panel müzakirələrdə iqlim dayanıqlığını artırmaq üçün iqlim dəyişikliyi planlaşdırması və həyata keçirilməsi, monitorinq və hesabatların təqdim edilməsi, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması, aqro-ərzaq sistemlərinin, iqlim maliyyəsinin vəziyyəti, hədəf və imkanlar, aqro-ərzaq sisteminin transformasiyası, emissiyaların həcminin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı mühüm məqamlar qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Noyabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















