Kənd təsərrüfatı torpaqları vərəsələr arasında BELƏ BÖLÜNƏCƏK
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Kənd təsərrüfatı torpaqlarının vərəsələr arasında bölünməsinə dair yeni qayda müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə edilən Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə biləcək, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsinin ölçüsü 5 hektardan az olmasın.
Əgər nəzərdə tutulan bölgü mümkün olmazsa, torpaq onun üzərində yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala biləcəklər.
Alqı-satqı zamanı dövlətin ehtiyacları üçün özgəninkiləşdirilmə halları istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və digər özgəninkiləşdirilməsi halları nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda yol veriləcək.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 23 İyun 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















