Icma.az
close
up
RU
Yalnız bu yarımfabrikat məhsullarını alın Qida eksperti sirləri AÇDI

Yalnız bu yarımfabrikat məhsullarını alın Qida eksperti sirləri AÇDI

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Müasir həyat tərzi, zaman qıtlığı, üstəlik də tənbəllik bir çoxlarının tez hazırlanan yarımfabrikat məhsullar istifadə etməyə sövq edir. Bu fürsətdən istifadə edən işbazlarımız da müxtəlif yarımfabrikat məhsullarının istehsalını artıraraq market rəflərini bəzəyirlər".

Bunu Redaktor.az-a açıqlamasında qida eksperti Asim Vəliyev yarımfabrikat məhsulların məsləhətli olub-olmamasından danışarkən bildirdi.

Onun sözlərinə görə, ət məhsulları, kolbasa növləri, dondurulmuş kotletlər, dönər tipli hazır qidalar və müxtəlif fast-food tərkibləri insanların vaxtına qənaət etməsi üçün nəzərdə tutulub:

"Bu məhsulların rahat hazırlanması onların hər zaman sağlam və təhlükəsiz olduğu anlamına gəlmir. Yarımfabrikat məhsullarının üstünlükləri ilə yanaşı, alarkən diqqət etməli olduğumuz məqamlar var. Bu çox vacibdir. Bu məhsullarda əsas problem tərkibindəki əlavə maddələrdir. Rəngqoruyucu, dadverici, qoxuverici, rəf ömrünü uzatmaq üçün istifadə olunan konservantlar orqanizmi yükləyir. Bəzi kolbasa və sosislərin hazırlanmasında ətin keyfiyyəti yüksək olmur. Üstəlik tərkibində nişasta, soya, duz və yağ normadan artıq olur. Bu da həm ürək-damar sistemi, həm də həzm prosesi üçün risk yarada bilər. Hazır toyuq məhsulları, kotletlər və digər qidalar çox vaxt dərin yağda qızardılır. Əgər yağın keyfiyyəti yüksək deyilsə və bir neçə dəfə istifadə olunubsa, qida zəhərlənməsi, mədədə narahatlıq riski artır. Dondurulmuş məhsullarda isə problem daha çox saxlanma şəraiti ilə bağlıdır. Soyuducu rejiminə düzgün əməl edilmirsə, məhsul bir neçə dəfə əridilib yenidən dondurulubsa, mikroorqanizmlərin çoxalması üçün əla şəraitdir".

Asim Vəliyev digər təhlükənin mikrobioloji risklərlə bağlı olduğunu bildirdi:

"Hazır çəkilmiş qiymə, əvvəlcədən doğranmış ət, marinə olunmuş toyuq bakteriyalara daha açıq olur. Ona görə də istehlakçı olaraq məhsul alarkən istehsal tarixini, son istifadə müddətini və qablaşdırmanın bütövlüyünü mütləq yoxlamalıyıq. Xüsusilə ucuz və brendi bilinməyən məhsullara daha çox ehtiyatla yanaşmaq lazımdır. Bunlarla yanaşı hər yarımfabrikat məhsulu ziyanlı saymaq düzgün deyil. Bəzi şirkətlər keyfiyyət standartlarına ciddi əməl edir. Minimum əlavə qatqıdan istifadə edir. Dondurulmuş tərəvəzlər, bəzi təmiz ət məhsulları və tərkibi sadə olan yarımfabrikatlar nisbətən daha təhlükəsiz ola bilər".

Müsahibimiz vurğuladı ki, əsas məsələ insanların diqqətli seçim etməyidir:

"Bu məhsullardan istifadə etmək istəyənlər üçün ən yaxşı qayda etiket oxumaq alıqşanlığını yaratmaqdır. Tərkib nə qədər qısa və aydın olarsa, məhsul bir o qədər etibarlı sayılır. Nişasta, soya zülalı, müxtəlif kodlarla göstərilən E qatqıları çoxdursa, ehtiyatlı olmalıyıq. Məhsulu aldıqdan sonra düzgün şəraitdə saxlamaq və tam bişirmək də təhlükəni azaldır. İstehlakçı olaraq sağlamlığımız öz əlimizdədir. Biz daha sağlam seçimlər etməyi vərdiş etsək, istehsalçı da bizim seçimimizə uyğun bazara məhsul çıxaracaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri