Icma.az
close
up
RU
“Kənd yağı”, “xalis kərə yağı” adı ilə satılan yağlar saxtadır AÇIQLAMA VİDEO

“Kənd yağı”, “xalis kərə yağı” adı ilə satılan yağlar saxtadır AÇIQLAMA VİDEO

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar marketlərdə “kənd yağı”, “xalis kərə yağı” adı ilə satılan yağlar barədə şikayətlər artıb. Sosial şəbəkələrdə yayılan görüntülərin birində bu cür yağların hansı şəraitdə istehsal olunması ilə bağlı deyilənlər insanlarda narahatlıq yaradıb. Bildirilir ki, ucuz qiymətə kəndlərdən üzsüz yığılan südləri pasterizə aparatının içinə doldururlar. Sonra satışda olan palma və bu kimi ucuz bitki yağlarını südə qarışdırırlar. 100 dərəcədə bişməsi lazım olan südü aparat 80 dərəcədə qızdırır, yağ südə qarışır. Alınan qatqı 45 dərəcədə soyudulur. Südün içinə sarı rəngli A vitamini də əlavə olunduğu bildirilir. Bu isə südün tərkibindəki yağın rənginin sarılığını təmin edir. Ardınca hazırlanan məhsul seporatora verilir. Nəticədə, “kərə yağı” adı ilə baha qiymətə ölkə ərazisində satılır.

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da deyib ki, o, bu problemi ilk dəfə üç il öncə ictimailəşdirib.

“Bu işlə məşğul olan bir nəfər mənə məsələni danışmışdı. Dəfələrlə televiziya kanallarında da işıqlandırmışıq. Bəli, “Nənəmin yağı”, “Nənəmin nehrəsi” adı ilə yağlar satılır, guya üstündə nənənin əl izləri var. Bazarlarda, ara marketlərdə satılan yağlar, əlbəttə ki, belə yağlardır. İş burasındadır ki, ekspertiza aparsaq, laboratoriya bunu müəyyən edə bilmir. Çünki tərkibində süd turşuları var. “Kərə yağı” adı altında bu cür saxta yağların satılması davam edir. “İvanovka” mağazalar şəbəkəsində və bu kimi müəssisələrdə, çox təəssüf ki, problem var. Lakin ciddi market şəbəkələrində adətən belə yağlar olmur. Azərbaycana Almaniyadan, Fransadan, Yeni Zellandiyadan, Belarusdan və bir çox ölkələrdən yağlar idxal olunur. Normal yağlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında olur və ciddi marketlərdə satılır. Məsələn, Yeni Zellandiya yağları ilə bağlı mənə illər boyu çoxsaylı şikayətlər gəlirdi. Əhali inanmırdı ki, Zellandiya kimi uzaq ölkədən Azərbaycana bu qiymətə yağ gəlib çıxar. Beş il öncə Zellandiyada konfransda olan zaman kolleqalarımızın köməyi ilə Azərbaycana “Vest qold”  (“West gold”) yağını göndərən “Westland  milk products” zavoduna getdim. Zavod Zellandiyanın cənub adasındadır. Gördüm ki, yağlar Azərbaycan dilində markalanır, oradaca bükülür. Həmin zavodun heyvandarlıq təsərrüfatına da getdim. Heyvanlar il boyu açıq havada otlayır. Süni yemlərlə qətiyyən yemləndirilmirlər, ekoloji təmiz mühitdə böyüyürlər. Heyvanların xərci az olduğundən istehsal olunan yağın da qiyməti aşağı olur. Azərbaycana buna görə ucuz qiymətə gəlib çatır, normal yağlardır. Demək istəyirəm ki, başqa ölkələrdən gətirilən yağların əksəriyyəti normaldır. Zellandiyadan bir neçə böyük yağ gəlir, lakin 6 il öncə bəzi yağların saxta variantları gəlirdi. Əhaliyə müraciət edirəm ki, “Nənəmin yağı”, “Kənd yağı” adı altında satılan yağlara aldanmasınlar. Əksər hallarda həmin yağlar marqarinlərdən hazırlanır”, - sədr bildirib.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see257

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see148

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Bakı Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ! KONKRET

03 İyun 2025 16:58see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see110

Neçə yaşdan sonra sürücülük vəsiqəsi verilmir? RƏSMİ

03 İyun 2025 16:43see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see108

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin rəsmiləri ilə görüşdü FOTO

03 İyun 2025 18:02see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri