Icma.az
close
up
RU
Motosiklet İdman Federasiyasının yeni prezidenti: İnanıram ki, düzgün strategiya nəticəsində Azərbaycan motoidmanında yeni səhifə açılacaq MÜSAHİBƏ

Motosiklet İdman Federasiyasının yeni prezidenti: İnanıram ki, düzgün strategiya nəticəsində Azərbaycan motoidmanında yeni səhifə açılacaq MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Motosiklet İdman Federasiyasının yeni prezidenti Fuad Bağırov və I vitse-prezident Sabir Babayev AZƏRTAC-ın qonağı olublar. Onlar federasiyanın hazırkı durumu və gələcək planları ilə bağlı suallarımızı cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Əvvəlcə özünüz haqqında ətraflı məlumat verərdiniz...

- F.B: 1978-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişəm. Son olaraq, Fövqaladə Hallar Nazirliyində çalışmışam.

- Bu sahədə hansı təcrübələriniz var və federasiyaya rəhbərlik etməyə necə qərar verdiniz?

- F.B: Artıq 10 ildir Motoidman Klubunun prezidentiyəm. Bu illər ərzində çox böyük nailiyyətlər qazanmışıq. Motosikletlə 6 dəfə Azərbaycandan Avropaya keçid etmişik. Hər gediş və gəlişimizdə 14-15 min kilometr yol qət etmişik. Almaniya, İtaliya, Fransa, Niderland və Macarıstanda olmuşuq. Orada topladığımız təcrübəni Azərbaycanda tətbiq etmək istəyirik.

- Yeni rəhbərliyin dövründə federasiyanın əsas prioritetləri nələr olacaq?

- F.B: Əsas prioritetimiz federasiyanın infrastrukturunun inkişafı və kütləviliyin artırılmasıdır. Bu idman növünü nəinki ölkədə, həm də beynəlxalq səviyyədə dirçəltmək istəyirik. İnanıram ki, federasiyamızın düzgün strategiyası nəticəsində motosiklet idmanında yeni səhifə açılacaq.

- Sabir müəllim, bilirik ki, uzun illər motoidmanla məşğul olmusunuz. Bu idman növünə marağınız nə vaxtdan və necə başlayıb?

- S.B: Bu idmana başlamağım təxminən 1985-ci illərə təsadüf edir. O vaxtlar 10-11 yaşım var idi. 3 yaşım olarkən velosiped sürməyə başladım. Mənim yaşadığım məhəllədə motoidmanla məşğul olanlar var idi. Məndən yaşca böyük idilər. Onlara baxaraq həvəsləndim. Təcrübə artdıqca velosipeddən motosikletə keçdim. Artıq 51 yaşım olmasına baxmayaraq, hələ də motoidmana ilk günkü kimi həvəsliyəm. "Motomondo" adlı motosiklet məktəbinin təsisçisi və rəhbəriyəm. Məktəb daxilində peşəkar mütəxəssislər fəaliyyət göstərir. Həmçinin burada təlim-tədris mərkəzi, yarış meydançaları var. Həmin meydançalarda həm məşqlərimizi, həm də yarışlarımızı keçiririk. Onu da qeyd etmək istərdim ki, qadınlardan ibarət klubumuz da var.

- Qadınlarda motoidmana maraq hansı səviyyədədir?

- S.B: Əslində, maraq göstərənlər çoxdur. Onlar elə də gənc deyillər. Sadəcə motoidmandakı dinamikanı görürlər və bu, onları cəlb edir. Yeni rəhbərliklə birgə gələcəkdə xanımlar üçün də layihələrimiz olacaq. Azərbaycanda hazırda qadınlardan ibarət iki klub var. Həmin klublar da günü-gündən inkişaf edirlər.

- Azərbaycan Motosiklet İdman Federasiyasının hazırkı vəziyyəti ilə bağlı fikirləriniz necədir?

- S.B: Yeni layihələrimiz var. Artıq müzakirələr gedir. Ölkəmizdə bu sahəni təkmiləşdirməyə çox ehtiyac var. İnanıram ki, motoidmanı Azərbaycanda dirçəldəcəyik.

- Gənc motosikletçilərin yetişdirilməsi üçün hansı layihələr və ya proqramlar nəzərdə tutulur?

- S.B: Bizim bununla bağlı bir neçə layihəmiz var. Ancaq indi yalnız biri haqqında məlumat verə bilərəm. Kimsəsiz uşaqlar evindən həddi-buluğa çatmış uşaqları motoidmana cəlb etmək istəyirik. Uşaqlar yalnız motosikleti sürməyi öyrənməyəcək, həmçinin onun mexanizmi ilə də tanış olacaqlar. Bu layihə sayəsində həmin gənclər gələcəkdə ya yaxşı motosikletçi, ya da yaxşı usta olacaqlar.

- Azərbaycanda motosiklet idmanının inkişaf etdirmək üçün hansı işlər görüləcək?

- S.B: Bildiyiniz kimi, bu federasiya ictimai birlikdir. Bilavasitə hər hansı qurumla bağlılığı yoxdur. Hazırda yeganə çətinliyimiz maliyyə ilə bağlıdır. Düzgün bünövrə qurduqdan, öz vəsaitimizi əldə etdikdən sonra inkişaf üçün hər hansı maneə görmürük. Hər şeydən öncə platformamızı inkişaf etdirmək və möhkəmləndirmək üçün görüşlər keçirəcək, müəyyən layihələri müzakirə edəcəyik.

- İdmançıların beynəlxalq yarışlara qatılması və federasiyanın beynəlxalq idman təşkilatları ilə əməkdaşlığı istiqamətində planlarınız varmı?

- S.B: Seçkilərdən öncə Avropa Motosiklet Assosiasiyanın icraçı nümayəndəsini ölkəmizə dəvət etdik. O, seçkilərə qatılaraq, gedişatı müşahidə etmişdi. Təbii ki, gələcək üçün də müəyyən planlarımız var.

- Yaxın zamanda Azərbaycanda hər hansı beynəlxalq və ya yerli yarış təşkil etmək planınız var?

- S.B: Öncə federasiyanın öz bünövrəsini möhkəmləndirmək lazımdır. Həmin yarışları təşkil etmək üçün bizə müəyyən qədər vəsait lazım olacaq. Həmin vəsaiti əldə edə bildikdən sonra ölkəmizdə bir sıra turnirlərin təşkili nəzərdə tutulub. Sentyabr ayında respublika turniri keçirmək, oktyabrda isə beynəlxalq yarışlarda iştirak etmək niyyətindəyik. Hər ilin noyabr ayında isə ənənəvi olaraq Zəfər gününə həsr olunmuş yarış keçiririk. Təbii ki, bunları bütün problemlərimizi həll etdikdən sonra gerçəkləşdirə bilərik.

- Gənclərə və bu sahəyə maraq göstərənlərə hansı tövsiyələri verərdiniz?

- S.B: Gənclər tələsməsinlər. İlk növbədə, federasiyamıza müraciət edərək bizdən tövsiyə alsınlar. Çünki bizim bu sahədə təcrübəmiz çoxdur. İkincisi, yol nəqliyyat qaydalarına riayət etsinlər. Üçüncüsü, onu deyə bilərəm ki, təhlükəsizliklərini təmin etmək üçün düzgün geyinsinlər. Siz motosikletə necə yanaşırsınızsa, o da sizə eyni şəkildə yanaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri