Icma.az
close
up
RU
Aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə maarifləndirici kitablar və hədiyyələr təqdim olunub

Aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə maarifləndirici kitablar və hədiyyələr təqdim olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhərində “Sənin hüququn – sənin gəncliyin!” adlı genişmiqyaslı tədbir təşkil olunub.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir komitənin, Azərbaycan Pediatrlar Assosiasiyasının və Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumi təhsil məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir uşaqların rifahı, hüquqlarının qorunması və parlaq gələcəkləri naminə keçirilən silsilə təşəbbüslərin tərkib hissəsi olub.

Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil edilən tədbirə balaca qəhrəmanların çıxışları, rəngarəng kompozisiyaları xüsusi ruh və mənəvi zənginlik qatıb.

Rəsmi hissədə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları, xüsusilə də Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladlarını təbrik edib, onlara sağlam, sevgi dolu və işıqlı gələcək arzulayıb: “Uşaqlar bizim sabahımız, güclü vətəndaş cəmiyyətimizin bünövrəsidir. Azərbaycan dövləti hər zaman uşaqların hüquqlarının qorunmasına, onların təhsil, sağlamlıq və rifahının təmin olunmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin ideoloji əsasını Ulu Öndər Heydər Əliyevin “Uşaqlar xalqın, dövlətin gələcəyidir” fikri təşkil edir. Bu siyasi xətt bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə xüsusi əhəmiyyətə malik çoxşaxəli layihələr həyata keçirir. Xüsusilə də qayğıya ehtiyacı olan uşaqların təhsili, müalicəsi və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar təqdirəlayiqdir”.

Tədbirdə deputatlar Mehriban Vəliyeva, Müşfiq Məmmədli, Günay Ağamalı, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumi təhsil məktəbinin direktoru Elmira Yaqubova və başqaları da çıxış ediblər. Onlar qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərindən biri olan sosial dövlət modeli gənc nəslin hərtərəfli inkişafına göstərilən misilsiz qayğıda öz əksini tapır.

Sonda Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü ilə aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə uşaq hüquqları mövzusunda maarifləndirici kitablar və müxtəlif hədiyyələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri