Icma.az
close
up
RU
Keniyanın Baş prokuroru Azərbaycana gəlib FOTOLAR

Keniyanın Baş prokuroru Azərbaycana gəlib FOTOLAR

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Baş Prokurorluqdan AzVision.az -a verilən xəbərə görə, sentyabrın 20-də Baş prokuror Kamran Əliyev Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Baş prokuror Azərbaycan və Keniya arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğu xüsusi qeyd edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən prokurorluq orqanları arasında dinamik inkişaf edən əlaqələri vurğulayıb.
Bundan başqa Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunan Baş prokuror hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə danışıb.
Baş prokuror həmçinin cari ilin iyun ayında Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin baş prokurorlarının 23-cü Konfransında iştirak etməkdən məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi nümayəndə heyətinin Nayrobi və Mombasa şəhərində işgüzar səfəri zamanı göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib.
Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson İnqonqa çıxışında ötən il ərzində Azərbaycana həyata keçirdiyi işgüzar səfərləri qeyd edərək, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, həmçinin COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunmuş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini vurğulayaraq, Azərbaycan dövlətini və prokurorluğunu təbrik edib. Təmsil etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, qurumlarımız arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, cinayətkarlığa qarşı mübarizədə bilik və təcrübə mübadiləsi kimi məsələlər diqqət mərkəzində olub.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
AzVision.az Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri