Kəpəz in legionerini Premyer Liqa klubları istəyir qərarını mövsümün sonunda verəcək
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Kəpəz"in portuqaliyalı legioneri Dioqo Verdaşka Misli Premyer Liqasında yarışan klubların transfer siyahısında yer alıb.
Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı müdafiəçini heyətinə qatmaq istəyən klublardan biri “Araz-Naxçıvan”dır. Bu klubla yanaşı, Verdaşka digər klublarımızın da istədiyi futbolçulardandır.
Yeri gəlmişkən, “Kəpəz” də Verdaşkanı yeni sezon üçün heyətdə saxlamaq niyyətindədir. Onun hansı qərar verəcəyi isə mövsüm başa çatdıqdan sonra dəqiqləşəcək.
Dioqo 2024-cü il sentyabrın 18-də Gəncə təmsilçisi ilə müqavilə imzalayıb. O, mövsümün sonuna qədər bu kluba məxsusdur.Əlavə edək ki, portuqaliyalı “Porto” B, “Saraqosa”, “Beytar”, “Şlensk”, “Mirandes” klublarında oynayıb.
saytlarin hazirlanmasi
