Icma.az
close
up
RU
“Kəpəz”dən azarkeşlərinə xəbərdarlıq “Onun görüntülərini yayımlamırıq”

“Kəpəz”dən azarkeşlərinə xəbərdarlıq “Onun görüntülərini yayımlamırıq”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Misli Premyer Liqasının V turu çərçivəsində sentyabrın 12-də Gəncə Şəhər Stadionunda keçirilən "Kəpəz" – “Qəbələ" oyununun gedişində qadağan olunmuş pirotexniki vasitələrdən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub. 

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində stadionun V3 tribunasında məşəl yandıran tamaşaçı polis əməkdaşları tərəfindən saxlanılanaraq, bölməyə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun pul cəriməsi kəsilib, belə halın bir daha yaşanacağı halda 15 günədək inzibati həbs cəzasının tətbiq olunacağı bildirilib.

“Kəpəz” PFK olaraq, etik normaları nəzərə alaraq, ölkə qanunvericiliyini, həmçinin Peşəkar Futbol Liqasının stadionlarda tətbiq etdiyi davranış qaydalarını kobud şəkildə pozan həmin şəxsin ad və soyadını, foto və videogörüntülərini yayımlamırıq.

Bununla belə, bütün futbol həvəskarlarına xatırladırıq ki, Azərbaycan qanunvericiliyinə görə, pirotexniki vasitələrin satışı, əldə olunması və istifadəsi qadağandır. Pirotexniki vasitələr düzgün istifadə olunmadıqda insanın əlində partlaya və müxtəlif xəsarətlər törədə bilər. Bundan başqa kütləvi tədbirlərdə bu cür vasitələrin istifadəsi digər şəxslərin həyat və sağlamlığını təhlükəyə atmış olur. 

“Kəpəz” PFK Gəncə Şəhər Stadionunda azarkeşlərin oyunları rahat izləməsi, xoş istirahət etməsi üçün qarşıdakı turlarda da bütün səylərini əsirgəməyəcək. Stadionun ərazisində, o cümlədən tribunalarda qaydalara zidd hallar qeydə alınarsa, ictimai asayişi pozan şəxs və ya şəxslər barədə dərhal lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə AFFA-nın İntizam Komitəsi “Kəpəz” klubunu son iki həftədə iki dəfə cərimələyib. “Sarı-göylər” “Turan Tovuz”la oyundan sonra 3000, “Qəbələ” ilə matçdan sonra isə 5000 manat cərimələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri