Icma.az
close
up
RU
İsmayıllı cüdo məktəbi: zəhmət, inam və uğur bir arada REPORTAJ

İsmayıllı cüdo məktəbi: zəhmət, inam və uğur bir arada REPORTAJ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsmayıllı, 15 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

AZƏRTAC idmanın təbliğinə yönəlmiş "Bölgələrdə idman" layihəsi çərçivəsində növbəti reportajını hazırlayıb. Bu dəfə diqqət Qafqaz dağlarının ətəyində yerləşən İsmayıllı rayonunda cüdo idman növünün inkişafına, yerli idmançıların yetişdirilməsi prosesinə və əldə olunan uğurlara yönəlib. Reportajı oxucularımıza təqdim edirik.

İsmayıllı rayonunda gənclər idmanın müxtəlif növləri ilə məşğul olsalar da, son illərdə cüdoya maraq xüsusilə artıb. Rayonda yetişən cüdoçular təkcə respublika deyil, həm də beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil edirlər. Onların bir çoxu milli komandaya qəbul olunaraq, ölkəmizin bayrağını Avropa və dünya çempionatlarında dalğalandırırlar.

İsmayıllının ilk Əməkdar məşqçisi, Azərbaycan Cüdo Federasiyasının Şimal-Qərb bölgəsi üzrə baş məşqçisi, Respublika kompleks idman məktəbinin təcrübəli mütəxəssisi Əkbər Şəfaqətov uzun illərdir rayonda cüdonun təbliği və gənc istedadlar yetişdirməklə məşğuldur.

Rayonda cüdonun inkişaf tarixi 2001-ci ildən başlayır. Həmin il Əkbər müəllim və onun komandası bölgədə bu idman növünü yaymağa, uşaqları sağlam həyata cəlb etməyə qərar veriblər. İlk məşqlər sadə, şəraitsiz zallarda keçirilsə də, məqsəd böyük idi — rayonda peşəkar cüdo məktəbi yaratmaq.

Cəmi üç il sonra, 2004-cü ildə İsmayıllıya ilk Respublika çempionatının medalı gətirilib. Ardınca 2005-ci ildə İsmayıllı cüdoçuları Gürcüstan və Ermənistan komandalarını üstələyərək Qafqaz birinciliyinin qalibi olublar. Bu qələbə rayon idmanının tarixində yeni bir səhifə açıb. Sonrakı illərdə İsmayıllı cüdoçuları uğurdan-uğura imza atıblar. 2013-cü ildə Böyük Dəbilqə yarışında qazanılan gümüş medal bölgə idmanı üçün mühüm hadisə oldu. Gənclərin Avropa Olimpiya Festivalında əldə edilən gümüş və bürünc medallar, Avropa kuboklarında qazanılan qalibiyyətlər bu məktəbin sistemli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

İsmayıllı Olimpiya İdman Kompleksində idmançıların məşqlərini izləyirik. Əkbər müəllimin rəhbərliyi altında müxtəlif yaş və çəki dərəcələrində 100-dən çox idmançı məşqlərə cəlb olunub. Onların bir çoxu respublika və beynəlxalq yarışlarda mükafatlar qazanıb.

“Artıq paytaxtda və digər şəhərlərdə İsmayıllı məktəbinin yetirmələri uğurla çıxış edirlər. Bizim idmançılar Azərbaycanı bir çox beynəlxalq yarışlarda layiqincə təmsil ediblər,” - deyə Əkbər Şəfaqətov vurğulayır.

İsmayıllı cüdosunun son illərdə qazandığı uğurlarda gənc idmançıların da böyük rolu var. 2023-cü ildə İsmayıllı məktəbinin yetirməsi, Azərbaycan milli komandasının üzvü Ayxan Mirzəzadə MDB oyunlarında 55 kiloqram çəki dərəcəsində birinci yerin qalibi olub. Bu uğur təkcə onun şəxsi zəhmətinin deyil, həm də İsmayıllı cüdo məktəbinin illərlə formalaşmış sisteminin göstəricisidir.

Komandanın istedadlı idmançıları Nərgiz Fərzəliyeva və Ömər Allahverdiyev də Avropa Kubokunda yüksək nəticələr göstərərək biri qalib, digəri mükafatçı adını qazanıb.

Ələkbər müəllimin sözlərinə görə, bu gün cüdo artıq təkcə oğlanların deyil, qızların da sevdiyi idman növünə çevrilib. Son illərdə məşqlərdə qızların fəallığı xüsusilə diqqət çəkir. Onların bəziləri artıq ölkə birinciliklərində fərqlənir, hətta beynəlxalq yarışlarda da medal qazanırlar.

12 yaşlı Nərgiz Fərzəliyeva deyir: “Mən 7-ci sinifdə oxuyuram, 4 ildir cüdo ilə məşğulam. Bu idman növü həyatımın bir hissəsinə çevrilib. Məqsədim gələcəkdə peşəkar cüdoçu olmaq, dünya və Avropa yarışlarında çıxış edərək Azərbaycan Bayrağını qaldırmaqdır. Həftədə 4 dəfə məşqlərə gəlirik, bəzən əlavə məşqlər də olur. Hər dəfə öz üzərimizdə işləyirik ki, daha da güclü olaq”.

Nərgiz bildirir ki, onun cüdo ilə məşğul olmasında valideynlərinin də rolu var: “Uşaqlıqda çox sakit idim. Ad günümdə ata-anam məndən soruşdu ki, nə ilə məşğul olmaq istəyirsən? Dedim ki, bəziləri kimi sadəcə idmana baxmaq yox, özüm də idmançı olmaq istəyirəm. Onlar da mənə inanıb dəstək oldular və cüdoya gətirdilər”.

Komandanın digər üzvü, 12 yaşlı Ömər Allahverdiyev də yarışlarla bağlı təəssüratlarını bölüşüb: “Cüdo mənim həyatımın bir hissəsidir. Hər qələbə məni daha çox ruhlandırır. Bakı şəhərində keçirilən Avropa Kubokunda 3-cü yerə layiq görülmüşəm, digər yarışlarda isə birincilik qazanmışam. Ən böyük arzum Avropa birincisi olmaqdır. Bu uğurların hər birinin arxasında səbir, inam və əzmkarlıq dayanır. Mənim məqsədim təkcə medal qazanmaq deyil, həm də ölkəmin adını layiqincə təmsil etməkdir”.

Bu gün İsmayıllı cüdo məktəbi artıq təkcə bir rayonun deyil, bütün ölkənin idman sisteminin parlaq bir parçasına çevrilib. Burada hər bir məşq, hər bir qələbə zəhmətin, səbrin və inamın təntənəsidir. Rayon gəncləri təkcə güclü idmançılar deyil, həm də vətənpərvər, məqsədyönlü və intizamlı gənclər kimi formalaşırlar.

Beləliklə, İsmayıllı cüdo məktəbindən çıxan hər idmançının bir amalı var — qalib gələrək ölkəsinin adını ucaltmaq. Əminliklə demək olar ki, gələcəyin Olimpiya medalçıları, dünya çempionları da məhz elə bu torpaqlardan çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri